Icma.az
close
up
RU
Tramp müharibə üçün fond yaradır

Tramp müharibə üçün fond yaradır

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Donald Tramp administrasiyası avropalı müttəfiqlərinə Çinin Rusiya neftinin alışına yüksək tariflər tətbiqini təklif etmək niyyətindədir.

“Cebheinfo.az” “The Telegraph”-a istinadən yazır ki, Tramp artıq belə bir çağırış edib. Lakin indi o, belə tariflərdən əldə olunan gəlirləri Ukraynaya hərbi yardımın maliyyələşdirilməsinə sərf etmək istəyir.

"Prezident Tramp avropalı müttəfiqlərimizə Çinə qarşı Rusiya neft tarifi və ya Ukraynanın qələbə tarifi adlandırıla biləcək şeylərin tətbiqini dəstəkləyəcəyimizi çatdırmağı tapşırıb", - maliyyə naziri Skott Bessent Vaşinqtonda jurnalistlərə deyib. "Ancaq ukraynalı və ya avropalı müttəfiqlərimiz bizim liderliyimizi izləməyə hazır olmalıdırlar. Avropalı tərəfdaşlarımız bizə qoşulsa, cavab verəcəyik",-deyə o bildirib.

Strategiya Çindən idxala 500% rüsum tələb edir. “The Telegraph” yazır ki, bu tariflərdən əldə edilən gəlirlər Ukrayna Silahlı Qüvvələri üçün silahların alınmasına yönəldiləcək.

Vaşinqtondakı diplomatik mənbələr qəzetə bildiriblər ki, Avropa hökumətləri əvvəllər Çinin Rusiya neftinin alınmasına görə ona qarşı effektiv iqtisadi sanksiyalar tətbiq etmək fikrindən ehtiyat edirdilər. Tramp sentyabr ayında Hindistan və Çini belə neft almaqdan çəkindirmək üçün 50-100% tariflərin tətbiq edilməsini təklif etmişdi.

Bununla belə, Aİ-nin Çinlə geniş iqtisadi və ticarət əlaqələri var və Hindistanla azad ticarət zonası yaratmaq üçün danışıqları yekunlaşdırır. Avropalı siyasətçilər və rəsmilər Trampın təklifini Rusiyaya artan iqtisadi təzyiqə görə məsuliyyəti dəyişdirmək cəhdi kimi qiymətləndiriblər.

Aİ özü üçüncü ölkələrdə Rusiyaya Qərb sanksiyalarından yayınmağa kömək edən konkret təşkilatları və şəxsləri hədəf almağı müdafiə edir.

Bununla belə, Tramp Vladimir Putinin Ukraynada sülh yolu ilə nizamlanmanı müzakirə etməkdən imtinasından getdikcə daha çox narazı qalırlar. 

Karnegi Araşdırmaları Mərkəzinin baş elmi işçisi Aleksandr Baunovun fikrincə, Amerika Prezidenti Qəzza zolağında atəşkəsin təmin edilməsinə və HƏMAS tərəfindən israilli girovların azad edilməsinə nail olduqdan sonra Kreml liderinin inadkarlığı hətta Trampa şəxsi çağırış kimi görünür.

Tramp və onun administrasiyasının üzvləri Moskvaya qarşı ritorikanı sərtləşdirir. Müdafiə naziri Pete Heqset NATO-dakı həmkarlarına deyib ki, əgər Rusiya sülh danışıqlarından yayınmağa davam edərsə, Vaşinqton Kiyevi “yalnız ABŞ-nin edə biləcəyi şəkildə” dəstəkləməyə hazırdır.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri