Icma.az
close
up
RU
Rusiya küncə sıxışdırılır: Paşinyan alternativ tapdı

Rusiya küncə sıxışdırılır: Paşinyan alternativ tapdı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Azərbaycan vasitəsilə qaz idxal edə bilər.

Buna İran və Gürcüstan vasitəsilə Ermənistana təchizat logistikasında ciddi çətinliklərin yaranması səbəb olub.

İrandakı daxili qeyri-sabitliklə bağlı nəqliyyat və gömrük sistemlərinin işində yaranan fasilələr, eləcə də Gürcüstan yolunun hava şəraiti səbəbindən bağlanması fonunda Ermənistan hakimiyyəti alternativ marşrutları nəzərdən keçirməyə başlayıb. Onlardan biri də Azərbaycan ərazisindən keçən dəmir yolu xəttidir.

Azərbaycan ərazisi vasitəsilə taxıl və neft məhsullarının tədarükünün başlamasından sonra Ermənistan bu marşrutla mayeləşdirilmiş təbii qazın (LNG) idxalı imkanlarını da nəzərdən keçirir.

Ölkənin İqtisadiyyat Nazirliyi yeni yolun Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” sərhəd-keçid məntəqəsi və İran vasitəsilə mövcud istiqamətlərə alternativ kimi nəzərdən keçirildiyini açıqlayıb.

Qeyd edək ki, Ermənistanın maye qaza olan illik tələbatı 72-84 min ton arası təşkil edir. Ermənistan ayda 6-7 min ton maye qaz idxal edir ki, onun da əsas tədarükçüsü Rusiyadır.

Qeyd edək ki, Ermənistanda sıxılmış təbii qazdan daha çox sürücülər istifadə edir. Son günlər hava şəraiti ilə əlaqədar yaranmış qıtlıq qiymətlərin xeyli artmasına səbəb olub.

Bu da sürücülərin bir çoxunu benzindən istifadə etməyə məcbur edib. Yaranmış pproblemə erməni xisləti ilə yanaşan bəzi sürücülər isə hesab edirlər ki, Nikol Paşinyan hakimiyyəti onları Azərbaycandan idxal olunan benzini almağa məcbur etməyə çalışır. 

Ermənistanda qiymətlərin artması fonunda artıq 10 gündür ki, mayeləşdirilmiş təbii qaz çatışmazlığı yaşanır. Nəticədə, əvvəllər 180-190 drama satılan LNG-nin qiyməti hazırda paytaxt İrəvanda 260 drama (67 sent), əsas magistral yollar boyunca yerləşən yanacaqdoldurma məntəqələrində isə 280 dram (74 sent) yüksəlib.

Maye qazın qiymətində hər gün bahalaşma müşahidə olunur. Rəsmi məlumatlara görə, Ermənistana 100-dən çox şirkət maye qaz idxal edir. Ən böyük idxalçının payı 9 faizdən çox deyil. 

Hər il olduğu kimi bu il də yanvar-fevral aylarında Yuxarı Lars yolunun qarlı hava şəraiti ilə əlaqədar bağlı qalacağını nəzərə alsaq, Ermənistan Gürcüstan itstiqamətindən maye qaz ala bilməyəcək.

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlayacağına dair hər gün artan məlumatlar digər tədarükçünün tezliklə Ermənistanı böhrandan çıxaracağını şübhə altına alır.

Bu baxımdan, Azərbaycanın dəmir yolu ilə Rusiya qazının tranzitinə imkan yaratması Ermənistanı çətin vəziyyətdən xilas edə bilər. Yəni Ermənistanın maye qaz bazarında yaranmaqda olan böhranı aradan qaldırmaq üçün ya Rusiyadan, ya da İrandan LNG idxalı həyata keçirlməlidir. 

Azərbaycan benzini isə fərqli təyinatlı məhsul olduğundan sıxılmış qazın qiymətini aşağı sala bilməz. Lakin Rusiyanın tezliklə Ermənistana maye qaz göndərəcəyini demək olmaz. 

Çünki həm qış ayları olduğunu, həm də qarşıdan parlament seçkilərinin yaxınlaşdığını nəzərə alsaq, Ermənistanda yanacaq çatışmazlığı Paşinyan hakimiyyətinə qarşı Rusiya üçün ciddi təzyiq vasitəsidir.

Bu isə sülh prosesinin əleyhinə olan revanşist müxalifətin əlini gücləndirir.  Ancaq Azərbaycanın tranzit qadağasını götürməsi və Ermənistana neft məhsullarının tədarükünü təmin etməsi rəsmi İrıvana başqa alternativlər də yaradır.

Belə ki,  Ermənistan Azərbaycandan və Qazaxıstandan maye qaz idxal edə bilər. 

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə 166,3 min ton, 2025-ci ilin yanvar-noyabr aylarında isə 206,7 min ton sıxılmış qaz istehsal edib. Azərbaycan “mavi yanacaq” ixracında daha çox təbii qazın satışına üstünlük verir.

Lakin illik istehsal gücü Ermənistanı ən azı bir neçə ay, yaz aylarında Yuxarı Lars yolu açılana, yaxud iyun ayında keçiriləcək seçkilərə qədər maye qazla təmin etməyə imkan verir. 

Eyni zamanda, Ermənistan Azərbaycan dəmir yolları vasitəsilə Qazaxıstandan sıxılmış qaz idxal edə bilər.

Bu da seçkilər öncəsi Paşinyanın əlini gücləndirən və revanşistlərin mövqelərini zəiflədən amil kimi çıxış edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri