Icma.az
close
up
RU
Rusiya küncə sıxışdırılır ağırlaşdırılmış sanksiyalar olacaq

Rusiya küncə sıxışdırılır ağırlaşdırılmış sanksiyalar olacaq

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"ABŞ Prezidenti Donald Trampın Rusiyaya verilən möhlətin azaldılması ilə bağlı açıqlaması ehtimal ki, Avropa İttifaqının mövqeyi ilə bağlıdır. Avqustun sonuna qədər vaxt verilmişdi, ancaq bu müddətin qısaldılması istiqamətində açıqlama gəldi".

Bu fikirləri Redaktor.az-a politoloq Zeynal Əmrəliyev ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyi haqda verdiyi açıqlamadan danışarkən bildirdi.

Onun sözlərinə görə, ABŞ-ni Rusiyaya qarşı sərt ritorikaya məcbur edən birinci səbəb Avropa İttifaqının mövqeyidir:

"Avropa İttifaqı Ukraynaya, Rusiyaya qarşı sanksiyaların tezləşdirilməsini tələb eləyir. İkinci bir məsələ isə Çin və Amerika Birləşmiş Ştatları arasında yaxınlaşmadır. Avropa İttifaqı öz üzünü Çindən çevirərək yenidən Amerika Birləşmiş Ştatları ilə müttəfiqlik münasibətlərinə girdikdən sonra, yəni ABŞ-nin tələbləri qarşısında geri çəkildikdən sonra Çin də Amerika Birləşmiş Ştatları ilə yaxınlaşmaq siyasəti aparacaq. Tramp bundan istifadə eləyərək Rusiyanı küncə sıxışdırmaq siyasəti aparacaq və təbii ki, 50 günlük müddətin qısaldılması artıq Rusiyanın daha çox sıxışdırılması anlamına gəlir".

Müsahibimizin fikrincə, növbəti mərhələdə biz Rusiyaya qarşı kifayət qədər ağırlaşdırılmış sanksiyaların şahidi ola bilərik:

"Təbii ki, buna Avropa İttifaqı da qoşulacaq və eyni zamanda Amerika Birləşmiş Ştatları Çini bu dövrdə məcbur edəcək ki, Rusiyaya qarşı siyasətini zəiflətsin. Yəni Rusiyaya dəstək siyasətindən imtina etsin".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 İyul 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri