Rusiya millisi yenə kənarda qalacaq
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə Rusiya millisinə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimində iştirakına icazə verilməyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Match TV” öz mənbəsinə istinadən məlumat yayıb.
Qərarın təhlükəsizlik məsələləri ilə bağlı olduğu bildirilib.
Püşkatma mərasimi dekabrın 13-də İsveçrənin Sürix şəhərində keçiriləcək. Avropada seçmə turnir 2025-ci ilin martından 2026-cı ilin martına kimi keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin fevral ayından FİFA və UEFA-nın qərarı ilə bütün Rusiya milliləri və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir. Yığma 2022-ci il dünya çempionatı və 2024-cü il Avropa çempionatından kənarda qalıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 19 Noyabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















