Rusiya klubları yenə avrokuboklardan kənarda Rəsmi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
UEFA 2026/2027 mövsümü üçün avrokubok iştirakçılarının siyahısını açıqlayıb.
QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə də siyahıda Rusiya klublarının adına yer verilməyib.
Qurumun sənədlərində bildirilib ki, İcraiyyə Komitəsi Rusiya milli komandaları və klublarının UEFA turnirlərindən kənarlaşdırılmasının davam etməsi səbəbindən iştirakçı siyahısına dəyişiklik edib. Eyni zamanda siyahı yarışların nəticələrinə və vəsiqə sayının yenidən bölüşdürülməsinə uyğun şəkildə yenilənib.
Beləliklə, Rusiya təmsilçiləri 2026/2027 mövsümündə də UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında çıxış etməyəcəklər.
Xatırladaq ki, Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Rusiyanın klubları və yığmaları 2022-ci ilin fevralından UEFA və FIFA turnirlərindən qeyri-müəyyən müddətə kənarlaşdırılıb.
Qeyd edək ki, son mövsümün yekunlarına əsasən Rusiya UEFA reytinqində 28-ci pillədə qərarlaşmış və nəzəri olaraq avrokuboklara dörd klub göndərmək hüququ qazanmışdı. Lakin qüvvədə olan sanksiyalar səbəbindən bu iştirak hüququndan istifadə olunmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















