Rusiya MNin yüksək rütbəli əməkdaşlarına qarşı silsilə suiqəsdin qarşısı alınıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarına və onların ailə üzvlərinə qarşı silsilə sui-qəsdin qarşısını alıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sui-qəsd cəhdlərinin hazırlanmasını Ukrayna xüsusi xidmət orqanları həyata keçirib.
Kəşfiyyat xidmətlərinin məlumatına görə, müdafiə nazirliyinin rəhbərlərindən birini "powerbank" görüntüsü ilə maskalanmış bombadan istifadə edərək maşında partlatmaq planlaşdırılıb.
"Bunun üçün agent deportasiya olunmuş şəxs adı altında Ukraynadan tranzitlə Moldova və Gürcüstan vasitəsilə Moskvaya gəlib. Həmin şəxs saxlanılıb.
Ukrayna xüsusi xidmət orqanları sənədlərin olduğu qovluq şəklində daha bir hərbçini bomba ilə öldürməyi planlaşdırıb.
Kiyevin göstərişi ilə maskalanmış partlayıcı qurğunu gətirməli olan iki rusiyalı saxlanılıb.
Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri və onların ailə üzvlərinin yaşayış və iş yerlərində Ukrayna xüsusi xidmət orqanları üçün kəşfiyyat aparan Moskva sakini terror aktlarının hazırlanması üçün foto və videomateriallar göndərib.
Saxlanılanları ömürlük həbs gözləyir.
Rusiyaya bomba hazırlamaq üçün komponentlər Ukrayna xüsusi xidmət orqanları tərəfindən elektrik məişət texnikası, alətlər və avtomobil hissələri ilə çatdırılıb", deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Dekabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















