Icma.az
close
up
RU
Rusiya nazir müavini: Azərbaycanın güclü idman irsi, gözəl idman qurğuları var

Rusiya nazir müavini: Azərbaycanın güclü idman irsi, gözəl idman qurğuları var

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 29 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Gəncədə keçirilən III MDB Oyunlarının rəsmi açılış mərasimində iştirak etməkdən zövq aldıq. Biz texnoloji inkişaf, gənclik və mədəni irsin elementlərini gördük. Tam əminliklə deyə bilərəm ki, mərasim uğurla keçdi. Rusiya burada ən çox idmançı və nümayəndəsi olan ölkələrdəndir. İdmançılarımız güclü və istəkli rəqibləri görməyə sevinirlər. Bu, onlar üçün böyük təcrübə olacaq.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bunu Gəncədə keçirilən MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında Rusiya idman nazirinin müavini Aleksey Morozov deyib.

Rusiyalı nazir müavini III MDB Oyunlarının keçirildiyi bütün şəhərləri ziyarət etmək istədiklərini bildirib. Vurğulayıb ki, oyunlara qatılan idmançılar Azərbaycanı coğrafi və mədəni tərəfdən kəşf edəcək, yeni əlaqələr, dostluqlar quracaqlar.

“Bu çox vacibdir, mədəni mübadilədir. Azərbaycanın güclü idman irsi, gözəl idman qurğuları var. Oyunlardan sonra da bu infrastruktur qalacaq. Təbii ki, burada yarışları idarə edən mütəxəssislərin, hakimlərin də təcrübəsi artacaq”, - deyən Aleksey Morozov növbəti MDB Oyunlarının Rusiyada keçirilmə ehtimalı ilə bağlı sualı da cavablayıb: “Bu gün bu məsələ müzakirə olunub. Dünən də rəsmi və qeyri-rəsmi olaraq bütün bunları müzakirə etdik. Bəzi variantlar artıq hazırdır. Düşünürəm ki, bunu hamı ilə müzakirə edəcəyik. Rusiya Federasiyası hər zaman kömək əlini uzatmağa hazırdır. Oyunları özümüz keçirməkdən məmnun olarıq. Növbəti görüşdə IV MDB Oyunlarının keçiriləcəyi yeri rəsmən təsdiq edəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri