Icma.az
close
up
RU
Rusiya nəşri TRIPP i 2025 in əsas hadisələri sırasına qoydu

Rusiya nəşri TRIPP i 2025 in əsas hadisələri sırasına qoydu

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqust ayında Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev ölkələri arasında sülh müqaviləsinin mətnini paraflayıblar.

Bu, Vaşinqtonda, o vaxtdan bəri Qafqaz respublikalarının liderlərini dost adlandıran ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə baş verib. Eyni zamanda, Tramp və Paşinyan bəyannamə imzalayıblar ki, Ermənistan və ABŞ Bakını onun eksklavı olan Naxçıvanla birləşdirən marşrut üzrə əməkdaşlıq edəcəklər. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) adlandırılıb.

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən  xəbər verir ki, bu barədə "Nezavisimaya qazeta" yazıb.

Rusiya nəşri Vaşinqton görüşünü 2025-ci ilin ən mühüm hadisələri sırasına daxil edib.

"Nezavisimaya qazeta" qeyd edib ki, o vaxtdan təxminən dörd ay keçdi və layihə haqqında təfərrüatlar azdır:

"İrəvanın “Tramp yolu”nu erməni-amerikan şirkətinə icarəyə verəcəyi məlumdur. Əvvəlcə sövdələşmənin 99 il olacağı gözlənilirdi ki, bu da investorlara sərmayələrini tam şəkildə geri qaytarmağa imkan verirdi, lakin sonra Paşinyan infrastruktur icarəsinin yalnız 49 il davam edəcəyini təklif edib.

Təhlükəsizlik məsələləri də həll olunmamış qalır. Bir tərəfdən bunu Amerika və ya erməni-amerikan özəl mühafizə şirkətləri həyata keçirə bilərdi. Digər tərəfdən, İran hakimiyyəti ümumilikdə Cənubi Qafqazın dinc inkişafını dəstəkləsə də, Amerika silahlı qüvvələrinin onların sərhədləri yaxınlığında olmasına qəti şəkildə qarşı çıxıb.

Bununla belə, layihənin həyata keçirilməsinin təxmini müddətinə dair bir anlayış var. Bakı sözügedən yolun öz hissəsini 2026-cı ilə qədər, Yerevan isə layihələndirməni 2026-cı ilin birinci yarısında tamamlayacaq və ikinci yarısında, yəni parlament seçkilərindən sonra torpaq işlərinə başlayacaq.

Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan bütün qüvvələrdən yalnız Paşinyanın “Vətındaş müqaviləsi” partiyası nəyin bahasına olursa-olsun layihəni başa çatdırmaq əzmindədir. Müxalifət “Tramp yolu”nu yenidən paketlənmiş “Zəngəzur dəhlizi” hesab edir, respublikanın milli təhlükəsizliyinə təhdid sayırr. Təşəbbüsün əleyhdarları ehtiyat edirlər ki, Bakı öz eksklavına birbaşa çıxış əldə edəcək və potensial olaraq Ermənistanın Sünik bölgəsini ikiyə bölərək, İranla əlaqəsini kəsə bilər.

Paşinyan həmvətənlərini belə dəhşətli hekayələrə inanmamağa çağırır. O, erməniləri inandırır ki, “Tramp yolu” onun “Sülh kəsişməsi” təşəbbüsünün əsas elementi olacaq, Ermənistanı qlobal ticarət mərkəzinə çevirəcək, Aİ ilə Çin, Rusiya və Yaxın Şərq arasında ən qısa marşrutları təmin edəcək.

İndiyədək ABŞ TRIPP-ə 145 milyon dollar sərmayə qoyub. Paşinyan Ermənistanın strateji tərəfdaşlıq sazişi imzaladığı Avropa İttifaqından da maliyyə cəlb etmək niyyətindədir. Brüssel buna qarşı deyil, İrəvanla yaxınlaşmanı Moskvadan uzaqlaşması ilə əlaqələndirir.

Rusiya da öz növbəsində “Tramp yolu” ilə bağlı Ermənistan-ABŞ razılaşmasını dəstəkləyib. Baş nazirin müavini Aleksey Overçukun dediyi kimi, əgər ermənilər müvafiq bəyannamənin imzalanmasının onlara daha böyük təhlükəsizlik təminatları verdiyinə inanırlarsa, bu, yaxşı haldır, çünki Moskva regionda sülh proseslərini dəstəkləyir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri