“Rusiya Avropanı şantaj edir”
Icma.az, Sia Az saytına istinadən bildirir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen “Rusiya təbii qaz tədarükünü kəsməklə Avstriya və Avropanı şantaj edir” deyib.
U.Leyen sosial media hesabında Rusiyanın enerji şirkəti “Qazprom”un noyabrın 17-dən Avstriyaya təbii qaz nəqlini dayandırma qərarına münasibət bildirərək bunları yazıb: “Rusiya prezidenti Vladimir Putin enerjidən “silah” kimi istifadə edir. O, qazı kəsməklə Avstriya və Avropanı şantaj etməyə çalışır. Avropa İttifaqı Rusiyadan qaz nəqlinin dayandırılmasına və qış dövrünə hazırdır. İttifaqda təbii qaz anbarları doludur.
Avstriya kansleri Karl Nehammer ilə bu mövzunu müzakirə etdik. Avropa Avstriyanı dəstəkləyir.
Xatırladaq ki, Avstriyanın baş naziri Nehammer 16 noyabrda Rusiyanın enerji şirkəti “Qazprom”un ölkəsinə təbii qaz nəqlini dayandıracağını bəyan edib.
Baxış sayı:99
Bu xəbər 17 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















