Icma.az
close
up
RU
Əliyevin müsahibəsinin şifrələri: Bakı təyarəyə görə Moskvadan nələr tələb edir?

Əliyevin müsahibəsinin şifrələri: Bakı təyarəyə görə Moskvadan nələr tələb edir?

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-ın təyyarəsinin vurulması ilə bağlı bütün məsələlərə, xüsusilə “Bakı Moskva qarşısında geri çəkilir” kimi iddialara aydınlıq gətirdi. Əliyevin açıqlamaları və verdiyi mesajları bir neçə kontekstdə qiymətləndirmək olar.
Birincisi, Azərbaycan Rusiyanın təyyarənin vurulmasına görə məsuliyyətdən yayınmaq cəhdlərini qəbul etməyəcək.

Moskvanın məsuliyyəti PUA hücumu edən Ukraynanın üzərinə qoymaq, yaxud ən azı məsuliyyəti bölüşdürmək cəhdləri var. Putinin Əliyevə zəngində qeyd etdiyi məqamlar da bunu deməyə əsas verir. Əliyev isə təyyarəyə yerdən atəş açıldığını xüsusi vurğulamaqla məsuliyyətin birbaşa Rusiyanın üzərində olduğu mesajını verdi.
- “Təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir”;
- “...Heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın”;
- “...Füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu”.
İkincisi, Prezident Rusiyanın təyyarənin vurulma faktını ört-basdır etmək istədiyini açıq şəkildə dilə gətirdi.
Rusiyanın hadisəni gizlətmək və istintaqa təsir etmək cəhdlərinin olduğu haqda yazmışdıq: “duman”, “qaz balonunun partlaması”, təyyarə ekipajının Aktauya uçmaq seçimini etməsi kimi iddialar irəli sürülür, eləcə də araşdırmanı MDB müstəvisinə daxil etməyə çalışırdılar.
Prezident İlham Əliyev Rusiyanın nə etmək istədiyinin detallarını açıqladı. Və bəyan etdi ki:
- “...birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”;
- “Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”;
Rəsmi Bakı Moskvanın hadisəni ört-basdır etmək cəhdinə imkan verməyib və beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılıb. Əliyev bildirib ki, işçi qrupunda təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var, lakin aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi.
Beləliklə, Rusiyanın araşdırmanın nəticələrinə təsir etmək imkanları sıradan çıxarılıb.
Üçüncüsü, Bakının aydınlıq gətirilməsini tələb etdiyi suallar var. Bu, ictimai rəydə də müzakirə edilən suallardır.
- Nə üçün təyyarə enə bilməyib?
- Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb?
- Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi?

Prezident təyyarənin Aktauya niyə göndərilməsi üzərində xüsusilə dayanır:
- “...Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası "quş versiyası" əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni bütün bu suallara hələ ki, cavab yoxdur”.
Bütün cavablar “qara qutu”nun açılmasından sonra bəlli olacaq.
Prezidentin vurğuladığı əsas məsələlərdən biri də Qroznı hava limanında “kavyor əməliyyatı”nın (Xalça əməliyyatı) nə vaxt elan edilməsidir. “Kavyor əməliyyatı”nın təyyarənin vurulmasından öncə elan edilməsi məsuliyyətdən yayınmaq imkanı yaradır. Əliyev isə bəyan etdi ki, “...bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra “kavyor əməliyyatı” elan edilmişdi. Yəni əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər”.
Bu, günahkarların Qroznıda olduğunun mesajı və Bakının Moskvadan “günahkarların cəzalandırılması” tələbində israr etdiyini də deməyə əsas verir.
Və nəhayət, dördüncü məqam: Bakı təyyarənin vurulmasına görə öz tələblərini Moskvaya rəsmi şəkildə təqdim edib.
1. Rusiya Azərbaycandan üzr istəməlidir: bu tələb yerinə yetirildi;
2. Rusiya öz günahını etiraf etməlidir;
3. Günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir;
Əliyev açıq mesaj verdi: məsələ Putinin üzrxahlığı ilə bitmir, Moskva Bakının daha iki tələbini yerinə yetirməlidir.
Asif Nərimanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://publika.az
archiveBu xəbər 29 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri