Icma.az
close
up
RU
Rusiya niyə etiraf edə bilmir?

Rusiya niyə etiraf edə bilmir?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Rüstəm Qaraxanlı yazır...

Rusiyanın Azərbaycan Hava Yollarına məxsus avialayneri atəşə tutduğunu boynuna almamasının səbəbi 10 il bundan əvvələ - 2014-cü ilin 17 iyuluna gedib çıxır. Ukraynanın şərqinin separatçı proksilərin əli ilə ilhaq edilməsinin ən aktiv fazasında Amsterdamdan Kuala-Lumpura uçan sərnişin təyyarəsinin Donbas üzərində vurulmasına görə indinin özünədək heç bir rəsmi etiraf səslənməyib. Bu azmış kimi, 298 nəfərin ölümünə səbəb olmuş faciənin bütün izləri separatçıların nəzarət etdikləri ərazilərdə ört-basdır edilib. Bunun ardınca isə Moskva bəyan edib ki, təyyarəni Kiyev qəsdlə vurub və məqsədi bizi dünya qarşısında gözdən salmaq olub.

"Embraer-190"nın Qroznı yaxınlığında zenit-raket kompleksi ilə vurulmasının qəbul edilməsi, Malayziya təyyarəsinin Donbas səmasında "Buk"un hədəfinə çevrildiyinin faktiki olaraq etirafı anlamına gələ bilər. Bu isə Moskvaya qarşı ayrı-ayrı dövlətlərin tətbiq etdikləri sanksiya və embarqoların daha da qloballaşıb BMT müstəvisinə çıxması olacaq. Belə hal tarixdə bir dəfə - 1988-ci ildə Liviyaya münasibətdə tətbiq olunub, BMT və ABŞ Qəddafi hakimiyyətinə qarşı sanksiyalara əl atıb. Səbəb Liviya xüsusi xidmət orqanlarının Frankfurtdan Detroitə uçan təyyarəni Şotlandiya səmasında partlatması idi.

İndi Rusiya üçün onsuz da əlverişli olmayan geosiyasi gedişatda sərnişin təyyarəsinin səhvən olsa belə, hərbi təcavüzə məruz qalmasının etirafı rəsmi Moskva üçün ağrılı fəsadlara yol aça bilər. Azərbaycan təyyarəsinin heç bir xəbərdarlıqsız döyüş əməliyyatlarının getdiyi əraziyə buraxılması, hətta enməsi üçün "yaşıl işıq"ın yandırılması, ardınca vurulması və Xəzər üzərindən uzaq Qazaxıstana yönəldilməsi Rusiyanın artıq indidən xarici siyasət başağrılarına yenilərini əlavə edib. Moskva ətrafında geosiyasi təcridin coğrafi parametrləri bir az da daralıb. Nə qədər maraqlı olsa da, artıq dost hesab edilən dövlətlərin əraziləri hesabına. Azərbaycan və Qazaxıstan Rusiyanın təhlükəli ərazilərinə uçuşlardan imtina ediblər, İsrail və BƏƏ də eyni addımı atıb. Təyyarə ilə Moskvaya gedib-gələnlər Rusiya paytaxtının hava limanlarının necə boş olduğunu hiss edirlər, çünki dünyanın əksər ölkələri Ukrayna ilə müharibənin başlandığı gündən bu istiqamətdəki reyslərə "stop" qoyublar. Rusiyadan yalnız məhdud saylı ölkələrinə uçuşlar reallaşdırılır, o da ona məxsus təyyarələrlə deyil. İndi hətta yaxın münasibətlərdə olan ölkələrin belə uçuşlardan imtina etmələri Moskva ətrafındakı elan edilməmiş təcridi daha da sıxlaşdırır.

Rusiyanın hazırkı vəziyyətdə qəbul edəcəyi istənilən qərar acılı olacaq. Rus diplomatlarının qarşısında duran vəzifə pislərdən ən yaxşısını seçməkdir. Günah etiraf edilsə, Malayziya təyyarəsinin aqibəti yenidən aktuallaşacaq. İnkar edilsə, geosiyasi təzyiqlər və sanksiyalar daha da sərtləşəcək. Çünki AZAL-ın təyyarəsinin vurulması tək Azərbaycanın problemi deyil, bu, beynəlxalq əhəmiyyətli qalmaqaldır. İndiki şəraitdə Rusiya ilə düşmən olan ölkə və dairələr bu imkandan maksimum yararlanmağa çalışacaqlar. Rusiya mediasında irəli sürülən ehtimallardan birinə görə, Moskva Çeçenistan rəhbərliyini qurban verib vəziyyətdən çıxmağa çalışa bilər. Bu halda Şimalı Qafqaz üzərində nəzarətin yenidən itirilməsi təhlükəsi yaranır, Çünki Çeçenistan kimi avtoritar-patriarxal cəmiyyətdə sabitlik bir nəfərin adı ilə bağlıdır ki, bu da Kadırovdur.

Keçmiş SSRİ zamanı sovet qırıcıları iki dəfə səhvən sovetlərin ərazisinə girmiş Cənubi Koreya təyyarələrinə atəş açıblar. 1978-ci ildə Parisdən Şimal qütblə Seula uçan təyyarə marşrutdan yayınaraq SSRİ ərazisinə daxil olub, vurulub və Kareliyada buz bağlamış bir gölün üzərinə məcburi eniş edib. 2 nəfər həlak olub, 15 nəfər yaralanıb. Sovetlər nəinki üzr istəyib kompensasiya ödəyiblər, hətta həmin 15 nəfərin müalicəsinə sərf olunmuş xərcləri - 10 min dolları rəsmi Seuldan tələb ediblər. 1983-cü ildə isə Nyu-Yorkdan Seula uçan daha bir təyyarə azaraq SSRİ-nin şərq sərhədlərini pozub və qırıcı tərəfindən vurulub. Göyərtədə olan 269 nəfərin hamısı həlak olub. Onların ailələrinin müxtəlif məhkəmələrdə qaldırdıqları iddialar nəticəsiz qalıb. Yalnız 1992-ci ildə ovaxtkı Rusiya prezidenti Boris Yeltsin Koreya təyyarəsini vurduqlarını etiraf edib.

Rəsmi Moskvanın hansı qərarı verəcəyini yaxın zaman göstərəcək: Yeltsin kimi etiraf yolu seçiləcək, yoxsa uzaq 1978-ci ildəki kimi aşkar faktlar qulaqardına vurulacaq? İndi zəmanə də o zəmanə deyil, geosiyasi reallıq da.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri