Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin birinci xanımı Melaniya Trampın rəhbərliyi altındakı humanitar missiya çərçivəsində Rusiya noyabrda Ukraynaya 9 uşağı qaytarmağı planlaşdırır.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova bildirib.
"Noyabr ayında ABŞ-nin birinci xanımı ilə birlikdə uşaqların ailələrinə qovuşdurulması üzrə növbəti mərhələyə hazırlaşırıq. Ukraynadakı yaxınlarının yanına qayıtmaq istəyən doqquz uşağa kömək etməyi planlaşdırırıq", - o, ABŞ-nin birinci xanımının Rusiya və Ukrayna nümayəndələri ilə humanitar məsələlərin müzakirə olunduğu görüşü şərh edərkən sosial şəbəkədə yazıb.
Rusiya Prezidentinin müvəkkili qeyd edib ki, noyabrın 5-də Ağ evdə uşaqların ailələri ilə qovuşması mövzusu da qaldırılıb. "Bu iş onun aparatı tərəfindən Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl olaraq aparılır.
Uşaqların doğmalarının yanına qayıtmasında şəxsi iştirakına və dəstəyinə görə Melaniya Trampa təşəkkür edirəm", - Lvova-Belova əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Noyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















