Rusiya Odessanın liman infrastrukturuna ballistik raketlə zərbə endirib, ölənlər var
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 3 iyul, AZƏRTAC
Bu gün gündüz saatlarında Rusiya qoşunları Odessanın liman infrastrukturuna kasetli ballistik raketlə zərbə endirib. Hücum nəticəsində iki nəfər həlak olub, daha üç nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper telemarafon efirində məlumat verib.
Onun sözlərinə görə, yaralananlar arasında yük maşınının sürücüsü də var, həlak olmuş digər şəxsin şəxsiyyəti isə hazırda müəyyənləşdirilir. Yaralıların hamısına tibbi yardım göstərilir. Hadisə yerində xilasetmə və istintaq tədbirləri davam etdirilir.
Bu gün gündüz saatlarında Odessada güclü partlayış baş verib. Ukrayna ordusunun Hərbi Hava Qüvvələri Krımdan ballistik raket təhlükəsi barədə xəbərdarlıq edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 03 İyul 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















