Rusiya ordusu bu ərazidən geri çəkildi Səbəb
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna qüvvələri cəbhənin iki kritik sektorunda - Kursk vilayətində və Donetsk bölgəsində amansız təzyiq altındadır.
Turkustan.az xəbər verir ki, bu barədə "Forbes"in analitiki Devid Aks bildirib.
O qeyd edib ki, ukraynalılar təzyiq altında olsa da, Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin Kupyansk bölgəsində uğur qazana bilər. O xatırladıb ki, ötən gün Ukrayna hərbçiləri rus qoşunlarını Kupyanskdan geri çəkilməyə məcbur edib:
"25-ci motoatıcı briqadadan olan Rusiyanın hücum qrupları iki həftə əvvəl şəhərə daxil olub. Rus qoşunları da qayıqlarla Oskol çayını adlayaraq, Kupyanskın müdafiəçilərindən yan keçməyə çalışıblar. Lakin ukraynalılar bu manevri dəf ediblər.
Hücum həmişə daha çox resurs tələb edir və rusların bölgədə personal və material baxımından üstünlükləri Kupyanskdakı qazanclarını saxlamaq üçün kifayət deyildi", - Aks vurğulayıb.
Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşunlar qrupu Kupyansk istiqamətindən geri çəkilib. /axar.az/
Baxış sayı:109
Bu xəbər 27 Noyabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















