Rusiya ordusu dronlarla Xarkovda sərnişin qatarına hücum edib, xəsarət alanlar var
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 27 yanvar, AZƏRTAC
Rusiya ordusu dronlarla Xarkov bölgəsində sərnişin qatarına hücum edib, nəticədə lokomotivdə və vaqonda yanğın olub, xəsarət alanlar var.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın "Şahed" dronları Barvenkovo-Lvov-Çop marşrutu üzrə sərnişin qatarına hücum edib. Bu, Xarkov bölgəsindəki Barvenkovo yaşayış məntəqəsində baş verib.
Qatarda 291 sərnişin olub və hamısı tez bir zamanda təxliyə edilib, iki nəfər isə yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:Rusiya Xarkovda sərnişin qatarına zərbə endirdi
27 Yanvar 2026 20:51
Rusiya ordusu Xarkovda bir qəsəbəni işğal edib
12 İyun 2025 15:03
Rusiya ordusu Donetsk və Xarkovda irəliləyir
04 Noyabr 2025 16:10
Rusiya ordusu səhər saatlarında Zaporojyeni dronlarla vurub, xəsarət alanlar var
01 İyun 2025 09:14
Rusiya ordusu Xarkovda bir kəndi nəzarətə götürüb
11 Noyabr 2024 14:40
Baxış sayı:44
Bu xəbər 27 Yanvar 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















