Rusiya ordusu Liman istiqamətində irəliləyib “Uqolyok” ərazisində döyüşlər gedir KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya hərbi müxbirləri Liman cəbhəsində rus qoşunlarının irəliləyişə nail olduğunu iddia edirlər. Bildirilir ki, rus bölmələri Serebryanski meşəsi ərazisində 5 km dərinliyə qədər irəliləyiblər.
KONKRET.az xəbər verir ki, məlumata görə, Rusiya bayraqları Çernikovo gölü, keçmiş “Uqolyok” turbazası və Serebryan meşə təsərrüfatı qoruğunun inzibati binası yaxınlığında qaldırılıb. Həmçinin, bu istiqamətdə Ukrayna ordusunun müdafiə xəttinin yarıla biləcəyi ehtimal olunur.
Ukrayna hərbçisi, çağırış adı “Muçnoy” olan döyüşçü “Uqolyok” rayonunda döyüşlərin getdiyini təsdiqləyib, lakin Rusiya qüvvələrinin ərazidə tam nəzarət əldə etməsi ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 27 İyul 2025 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















