Rusiya ordusu yenidən Ukraynaya hücumu edib Ölənlər və yaralılar var
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya qoşunları şənbə günü axşam saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinə hava hücumu edib.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin rəhbəri Vladislav Qayvanenko özünün telegram kanalında məlumat verib.
"Bu gün axşam saatlarında (Rusiya Silahlı Qüvvələri - red.) Samarovski rayonuna hücum edib. Yanğın baş verib, mağaza dağılıb. İlkin məlumatlara görə, ölən və yaralananlar var. Təfərrüatlar dəqiqləşdirilir", - o yazıb.
Onun sözlərinə görə, gün ərzində Rusiya Nikopol vilayətində, xüsusilə rayon mərkəzi, Marhanets, Pokrovsk, Mirovsk və Çervonohrixorovska icmalarına FPV pilotsuz uçuş aparatları və artilleriya ilə zərbələr endirib: "Təəssüf ki, ölüm hadisəsi var. Qadından başqa 73 yaşlı kişi də yaralanıb. O, ambulator müalicə alacaq. Hücumlar nəticəsində iki fərdi ev və iki avtomobil də zərər görüb, tərk edilmiş bina alovlanıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 01 Noyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















