Rusiya ordusu Zaporojye vilayətini vurub, ölən və yaralananlar var
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Bu gün axşam saatlarında Rusiya ordusu Zaporojye şəhərinə hücum edib.
Gununsesi.info xəbər verir ki, bu haqda “RBC-Ukrayna” Zaporojye Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri İvan Fyodorova istinadən məlumat yayıb.
Fyodorovun sözlərinə görə, Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
Yaralılardan ikisinin uşaq olduğu bildirilir.

