Icma.az
close
up
RU
Rusiya ordusuna qoşulan azərbaycanlılar 2 dəfə düşünməlidir!

Rusiya ordusuna qoşulan azərbaycanlılar 2 dəfə düşünməlidir!

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qoşulmuş xeyli azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə çoxsaylı məlumatlar oxuyuruq.

“Qafqazinfo” xəbər verir ki, müharibəyə könüllü və ya vətəndaşlığını daşıdığı ölkənin qanunlarının tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı bu prosesə müxtəlif təzyiq üsulları ilə cəlb edilən azərbaycanlılar – Azərbaycan vətəndaşları da çoxdur. Xüsusilə Rusiya tərəfinin qeyri-rus milliyyətindən olanların, eləcə də azərbaycanlıların əməkdaşlığa cəlb edilməsi, onları müharibəyə göndərmək məqsədilə çoxsaylı vasitələrdən istifadə edilməsi, aldadılma, şirnikləndirmə, qorxutma və digər üsullarla hərbi əməkdaşlığa razı salınmaları barədə çoxsaylı məlumatlar və şikayətlər yayılır. Bəzi hallarda rus hərbi sisteminin tələsinə düşən həmyerlilərimiz hazırlıq düşərgələrindən, paleqonlardan, hətta qaynar müharibə zonalarından əlaqə saxlayaraq kömək istəyirlər. Bir neçə gün əvvəl Rusiya ordusuna qoşulan Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyevin video yayaraq kömək istəməsi də buna nümunədir.

Azərbaycanın mövcud qanunvericiliyə görə ölkədən kənarda hərbi birləşmələrə qoşulan şəxslər bir çox hallarda muzdlu hesab olunur. Belə ki, qanunvericiliklə muzdlu dedikdə hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur. İstər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.

Cinayət Məcəlləsinin 114.1-ci maddəsi muzdluları təşkil edənlər üçün məsuliyyət nəzərdə tutur. Həmin maddənin mətni bu formadadır:

114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə — 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 114.3-cü maddəsi isə konkret muzdlu üçün məsuliyyət nəzərdə tutur. Onun mətni isə belədir: 

114.3 Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı — 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Fotoda: Rusiyada həbsdən müharibəyə göndərilərək orada həlak olan Hüseyn İsayev

Bütün bunların fonunda Rusiya tərəfindən hərbi əməliyyatlara müxtəlif yollarla cəlb edilən, əsasən hərbi savadı və vərdişləri olmayan insanların cənazələri ölkəmizin demək olar ki, əksər bölgələrinə gəlməkdə davam edir. Bilavasitə hiss olunur ki, Rusiyada vətəndaşlarımızın vəziyyətindən istifadə edərək müxtəlif yollarla onları hərbi əməliyyatlara cəlb edirlər. Bəzi hallarda onlar Ukrayna ərazisində məxfi əməliyyatlara və diversiyalara da daxil edilirlər. Ailə üzvlərinin də müxtəlif dövlət qurumlarına və mediaya çoxsaylı şikayət və müraciətləri sübut edir ki, onların yaxınlarına, övladlarına Rusiyada təzyiqlər edilir, müharibəyə cəlb etmək istəyirlər, deportasiya ilə hədələyirlər.

Bu günlərdə Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən keçirilən tədbirlərlə keçmiş vaqnerçilərin həbs olunması da həmyerlilərimizin qeyd edilən məsələlərdə diqqətli və ehtiyatlı olmasının vacibliyini yenidən gündəmə gətirir. Xarici ölkədə muzdlu kimi döyüşməyə görə qanunlarımızda kifayət qədər sərt cəza nəzərdə tutulub və bu barədə yuxarıda qeyd edilib. Bir vaxtlar Əfqanıstanda, Suriyada müəyyən maraqlar müqabilində döyüşdüklərinə görə məsuliyyətə cəlb edilən və hazırda həbsdə saxlanılan şəxslər kimi Ukrayna ərazisində də döyüşən azərbaycanlılar bunu nəzərə almalıdılar.

Rusiyada belə təzyiqlərə məruz qalan Azərbaycan vətəndaşları üzləşdikləri neqativ hallarla bağlı mütləq aidiyyəti qurumlara müraciət etməli, həmin ölkədə fəaliyyət göstərən səfirliyimizə üz tutmalıdırlar. Eyni zamanda media kanalları, sosial şəbəkələr vasitəsilə də bu kimi problemlər işıqlandırılmalı, onların ictimailəşməsinə köməklik göstərilməldir.

Nizam Rza


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyul 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri