Icma.az
close
up
RU
Rusiya Prezidenti ABŞ liderinin Ukrayna münaqişəsinin nizamlanmasında səylərini qeyd edib

Rusiya Prezidenti ABŞ liderinin Ukrayna münaqişəsinin nizamlanmasında səylərini qeyd edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva, 27 iyun, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ lideri Donald Tramp Ukraynada vəziyyətin nizamlanması üzrə səmimi səy göstərir.

AZƏRTAC xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Rusiya dövlətinin başçısı vurğulayıb ki, ABŞ Prezidentinin səylərini, o cümlədən Yaxın Şərqdə baş verənlər fonunda fəaliyyətini təqdir edir. O əlavə edib: “Artıq bu barədə danışmışam və indi də açıq şəkildə demək istəyirəm: hesab edirəm ki, Prezident Tramp Ukrayna məsələsində nizamlanma üzrə səmimi səy göstərir”.

Rusiya dövlətinin başçısı ABŞ Prezidenti ilə görüşə hazır olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu cür təmaslar hazırlıq tələb edir, lakin tamamilə mümkündür. "Mən hər zaman təmaslara, görüşlərə açığam. Bilirəm ki, cənab Tramp da görüşlərin mümkünlüyü barədə danışıb. Mən də onun kimi hesab edirəm ki, belə görüşlərə hazırlaşmaq lazımdır", -deyə siyasətçi bildirib.

Putin əlavə edib ki, bu cür danışıqlar nəticəsində əməkdaşlıqda yeni mərhələyə çıxmaq mümkündür. O vurğulayıb ki, Trampın iştirakı ilə Rusiya ilə ABŞ arasında münasibətlər düzəlməyə başlayır. Rusiya Prezidenti qeyd edib: “Diplomatik münasibətlər sahəsində hər şey həll olunmayıb, lakin ilk addımlar atılıb və biz irəliləyirik”.

Rusiya Prezidenti onu da bildirib ki, iki ölkənin xarici siyasət idarələri və xüsusi xidmət orqanları arasında işgüzar əlaqələr qurulub və bu, beynəlxalq terrorizmlə mübarizə kontekstində xüsusilə vacibdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 İyun 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri