Icma.az
close
up
RU
Rusiya Qarabağdan qaçan separatçı AXTARIŞA VERDİ

Rusiya Qarabağdan qaçan separatçı AXTARIŞA VERDİ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi “Rosreestr” və “Rosimuşçestvo” regional idarələrinin keçmiş məmuru Boris Avaqyanı gömrükdən yayınma ittihamı ilə axtarışa verib. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin rəhbəri Darya Lebedeva RBC-yə bildirib. 
O, məhkəmə zalından qaçıb.

Sankt-Peterburq hüquq-mühafizə orqanlarındakı mənbə RBC-yə bildirib ki, Avaqyan hazırda Vasilyevski adasındakı Bolşoy prospektdə Ermənistan konsulluğunda gizlənir. Yerli prokurorluq onun ekstradisiyasını tələb edir.

Avaqyan və daha bir neçə nəfərə qarşı iş 2024-cü ilin aprelindən məhkəmədədir. İşdə ümumilikdə 21 nəfər iştirak edir.Bu il avqustun 22-də cavabdeh Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Onun işi dayandırılıb və Avaqyan həbsdən azad edilib.

"Bu gün Avaqyanın Ukraynada müharibəyə getməkdən imtina etməsi ilə əlaqədar bu müqaviləyə xitam verilməsi ilə əlaqədar işin bərpası ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə iclasında  həbs qətimkan tədbiri ilə bağlı məsələ də baxılıb. 

Məhkəmə qərardad çıxarmaq üçün müşavirə otağına gedib. Bu müddət ərzində Avaqyan məhkəməni tərk edib və o, daha sonra məhkəməyə müraciət etməyib. Məhkəmə işin bərpasına və təqsirləndirilən şəxsin həbsinə qərar verib”,-deyə o bildirib.

“47News”-un məlumatına görə, 43 yaşlı Ermənistan vətəndaşı Avaqyan məhkəmədə fasilə zamanı yoxa çıxıb. O, mühafizəçilərdən siqaret çəkmək üçün icazə istəyib və sonra gözdən itib. Portalın məlumatına görə, Avaqyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğuna sığınıb, diplomatik nümayəndəlik özü bunu təsdiqləməyib. Nəşrin məlumatına görə, keçmiş məmur sentyabrın 17-də Sankt-Peterburqun mərkəzində saxlanılıb.

Avaqyanın özü “Faktİnfo”-ya bildirib ki, Sankt-Peterburqdakı konsulluqdadır. “Son bir ay ərzində Ermənistan məni axtarışa verdiyi üçün Rusiya Federasiyasında xüsusi təyinatlı polis alayının əməkdaşları tərəfindən saxlanılıb sənədlərin yoxlanılması üçün polis bölməsinə aparıldım”. 

O, Ermənistana ekstradisiya olunmaq istəyir, orada sərhədi qanunsuz keçməyə və “çirkli pul”ların yuyulmasına görə axtarışdadır. “Qoy məni saxlasınlar, araşdırma aparsınlar, bundan sonra günahkar olub-olmadığıma məhkəmə qərar verəcək”, - Avaqyan bildirib.

RBK şərh almaq üçün Rusiya Federasiyasının İstintaq Komitəsi və Ermənistanın Sankt-Peterburqdakı konsulluğu ilə əlaqə saxlayıb.

Ötən ilin aprelində “Kommersant” yazıb ki, Baş Prokurorluq Avaqyan və daha bir neçə şəxsə qarşı ümumi məbləği 4,2 milyard rubldan çox olan gömrük rüsumlarını ödəməkdən yayınmaqda ittiham olunan cinayət işini Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinə göndərib. İş 2014-2015-ci illərdə daha ucuz tikinti materialları adı altında Rusiyaya məişət mallarının idxalına aiddir.

Keçmiş məmur ilk dəfə 2016-cı ilin iyulunda Moskvada qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. O, ev dustaqlığına buraxılıb, lakin Ermənistana qaçıb və əsassız cinayət təqibindən Rusiya İstintaq Komitəsinə şikayət edib. RBC mənbəsi son nəticədə cinayət təqibi üçün heç bir əsas tapılmadığını bildirib.

“Armİnfo”nun məlumatına görə, Avaqyan Ermənistanda “Dağlıq Qarabağ prezidentinin xüsusi nümayəndəsi” və “Qarabağ Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor müavini” vəzifələrində çalışıb, sonuncu “vəzifəni” 2021-ci ilin aprelinə qədər tutub. Azərbaycanın antiterror əməliyyatı nəticəsində “Dağlıq Qarabağ Respublikası” (Artsax) 2024-cü il yanvarın 1-də mövcudluğunu dayandırıb.

O, 2018-ci ilin yayında Avaqyan Ermənistandakı siyasi karyerası ilə əlaqədar Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət edib.
Rusiyada o, Sankt-Peterburq ticarət limanı üçün gömrük broker firmasının baş direktoru olub. 

2010-cu ildən Federal Əmlakın İdarə Edilməsi Agentliyinin Leninqrad vilayəti üzrə idarəsinin rəis müavini vəzifəsində çalışıb. 47News xəbər verir ki, o, 2014-cü ildən Sankt-Peterburq şəhərinin torpaqların istifadəsi və mühafizəsi üzrə baş dövlət müfəttişinin müavini, daha sonra isə dövlət torpaq nəzarəti idarəsinin (Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətin Sankt-Peterburq idarəsinin tərkibində) rəis müavini olub.

Xəzər
“Cebheinfo.az”

 

Açar sözlər: Avaqyan separatçı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri