Icma.az
close
up
RU
Rusiya qaydaları sərtləşdirir: Azərbaycanlıla birbaşa deportasiya olunacaqlar?

Rusiya qaydaları sərtləşdirir: Azərbaycanlıla birbaşa deportasiya olunacaqlar?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Dövlət Duması miqrantların yaşlı qadınlarla saxta nikahlar bağlaması vasitəsilə Rusiya vətəndaşlığının alınmasına qadağa qoyan qəbul edib.

Artıq 80 yaşdan yuxarı qadınlar hesabına vətəndaşlıq alma mümkün olmayacaq. Sənəddə saxta nikahların qadağan edilməsi ilə yanaşı, vətəndaşlıqdan imtina, müvəqqəti yaşayış icazəsi və daimi yaşayış icazəsi üçün yeni əsaslar təqdim olunur.

Əcnəbilərin silinməmiş və ya istifadə olunmamış cinayət qeydləri varsa, artıq bu statuslar rədd ediləcək. Əvvəllər bu qayda yalnız qəsdən törədilmiş cinayətlərə (vətəndaşlıq üçün) və ya ağır və xüsusilə ağır cinayətlərə (müvəqqəti yaşayış icazəsi və yaşayış icazəsi üçün) şamil edilirdi.

Sənədlər artıq verilibsə və əcnəbinin istifadə olunmamış cinayət qeydləri olduğu aşkar edilərsə, onlar ləğv ediləcək. İstisna yalnız tanınmış qaçqınlar və siyasi sığınacaq verilmiş şəxslər üçündür.

Qanun həmçinin sənəd tələblərini sərtləşdirir: miqrantlar ərizələrini təqdim etməzdən ən azı 3 ay əvvəl yaşadıqları ölkədən cinayət qeydlərinin olmaması və ya mövcudluğu barədə kağız arayış təqdim etməlidirlər.

Çoxsaylı vətəndaşlığı və ya yaşayış icazəsi olanlar müvafiq sayda arayış tələb etməlidirlər. 14 yaşdan kiçik uşaqlar, qaçqınlar, siyasi sığınacaq sahibləri və Rusiya Silahlı Qüvvələrinin müqaviləli əsgərləri bu tələbdən azaddırlar.

Yeni qaydalar Prezident tərəfindən qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək. Qeyd edək ki, Rusiyada rəsmi rəqəmlərə görə, 500 mindən çox azərbaycanlı yaşayır. Son vaxtlar Rusiyada miqrantlarla bağlı ardıcıl olaraq qanunlar qəbul olunur.

Son qərar orada yaşayan soydaşlarımız üçün hansısa problem yarada bilərmi?   

Məsələ ilə bağlı millət vəkili Azər Allahverənov "Cebheinfo.az"-a bildirib ki, son iki-üç ildə miqrasiya sahəsində çox ciddi bir dəyişikliklərin baş verdiyini görmək mümkündür:

“Bu, əsasən yeni qaydaların qüvvəyə minməsi, kifayət qədər çox sayda məhdudiyyətlərin tətbiq olunmasında özünü göstərir. Hazırda nəzərə alsaq ki, hazırda Dövlət Dumasında çoxsaylı qanun layihələri var ki, onlar da bilavasitə qanunsuz miqrasiyanın vüsət alnmasının qarşısının alınmasına hesablanmış halların aradan qaldırılması götürülməsi ilə bağlıdır. 

Onların arasında saxta nikah məsələsi də son bir il ərzində aktuallığı ilə biruzə verən məsələlərdən biri olub. Məhz bu səbəbdən də saxta nikah bağlamaqla Rusiya ərazisində müvəqqəti və daimi yaşamaq icazəsinin alınması və gələcəkdə də vətəndaşlığın əldə olunması hallarının sayının çoxaldığını görən aidiyyəti strukturlar bu məsəslə ilə bağlı çevik bir mexanizmin və nikahın saxta olduğunu üzə çıxartmağa şərait yaradan bir yanaşmanı nümiyş etdirməkdə israrlıdırlar.

Bu səbəbdən də yeni bir qanun layihəsi artıq müzakirə edilib və qəbul olunub. Mahiyyət etibarilə artıq bu ondan xəbər verir ki, bir tərəfdən Rusiyanın adidiyyəti strukturlarına imkan verir ki, istənilən nikah hadisəsi ilə bağlı konkret araşdırma başlasınlar.

Digər bir tərəfdən də görünən odur ki, bu məsələ kütləvi hal aldığı üçün daha çevik bir şəkildə bu prosesə reaksiyanın verilməsi zərurəti yaranıb.

Xatırladım ki, 5-10 il bundan qabaq nikah üzərindən Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsini almaq istəyən insanların sayı çox idi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra belə halların sayı bir qədər azalıb.

Yəni mövzu aktuallığını son illərdə, müharibə dönəmində itirsə belə, ona qədər əldə olunmuş icazələr olub. Burada qanunun geriyə qüvvədə olması məsələsi gündəmə gəlir. Çünki qanun qəbul olunursa, ondan etibarən bu məsələlər xüsusilə nəzarətdə saxlanılacaq.

Nəticə etibarilə artıq saxta nikah üzərindən icazə almaq istəyən insanlar belə, mövcud yanaşmanı görüb bundan çəkinəcəklər. Bütövlükdə bu saxta nikahların qarşısını almaqla yanaşı həm də miqrasiyanın saxta qərarlar əsasında  baş verməsinin qarşısını almağa yönəlmiş bir yanaşmadır".

Onun sözlərinə görə, məhz keçmişdə cinayəti olmuş şəxslərə vətəndaşlığın və ya yaşayış icazələrinin verilməməsi də fərqli bir yanaşma kimi görünə bilər:

"Ancaq bütövlükdə bu qanun layihəsini irəli sürən aidiyyəti strukturlar müəyyən araşdırmalar aparıb və görüblər ki, cinayət keçmişi olan şəxslərin də sonradan Rusiya ərazisində olarkən bir tərəfdən vətəndaşlıq və ya yaşayış icazəsinin alınması hüquqi müstəvidə çox rahat şəkildə baş verirdisə, yəqin sonrakı mərhələdə onun cinayət keçmişi cəmiyyət keçmişi hansısa təhlükələr yaradıb.

Yəni konkret olaraq bu faktlar aşkarlanıb ki, nəticədə digər şəxslərlə də bağlı ehtiyatlı davranmaq və bu məsələnin tam sığortalanması üçün bütövlükdə qadağan olunması məsələsi gündəmə gəlib.

Ümumiyyətlə, bütün bu dəyişikliklər ona yönəlib ki, Rusiya hökuməti miqrasiyanın daha faydalı olan bir fenomenə çevrilməsinə nail olsun. Onsuzda dövlətin ərazisi böyük miqrant axınına məruz qalır.

Ancaq bunun daha faydalı olması üçün mümkün risklərdən sığortalanma və hansısa saxta hərəkətlərin qarşısının alınmasına hesablanmış bir qadağalar tətbiq edilir ki, bu da nəticə etibarilə miqrasiyaya olan münasibətin sırf dövlətin maraqlarından irəli gələrək hesablanmış bir prosesdir".    

Konkret olaraq Azərbaycana gəldikdə isə millət vəkili düşünür ki, son iki qadağa bu və ya digər formada bizim vətəndaşların Rusiya ərazisində qalmasına və fəaliyyət göstərməyə maneçilik göstərəcək bir yanaşmadır:

"Çünki saxta nikah halları barədə eşitməmişəm. Nəzərə alsaq ki, vizasız gediş-gəliş mövcuddur, kifayət qədər əldə əsaslar da var ki, onların üzərindən Rusiya ərazisində müvəqqəti yaşamaq icazəsi alınsın, hətta vətəndaşlıq üçün də müraciət etmək imkanları çoxdur.

Bu da hansısa saxta nikah əsasında yaşamaq imkanı əldə etmək istiqamətində addım atmağa heç bir ehtiyac yoxdur. İstisna deyil ki, keçmişdə hansısa belə bir hallar olsun. Bizim kifayət qədər vətəndaşımızın Rusiya ərazisində yaşadğınıa dair məlumat var və bu rəqəmin təxminən 500 min  nəfər olduğunu bildirilir. 

Həm də bu rəqəm il ərzində dəyişir. Eyni zamanda, cinayət keçmişi olan şəxslərlə bağlı da istisna deyil ki, belə şəxslər var. Ancaq bu, çox cüzi bir rəqəm ola bilər. Adətən bu qanun layihəsini irəli sürən qurumlar çox zaman hansısa bir statistik rəqəmləri söyləməklə müəyyən əsaslandırmalar edirlər.

Bildirim ki, keçmişi cinayətlərə görə məhkumluğu olan azərbaycanlılarla bağlı statistik rəqəmlərdə yer almış hansısa müddəa var idisə, onu mütləq dilə gətirmiş olardılar. Ancaq Azərbaycan vətəndaşlarının adının hallanmadığı onu göstərir ki, azərbaycanlılara heç bir aidiyyəti yoxdur.

Düşünmürəm ki, bu qadağalar azərbaycanlıların Rusiya ərazisində qalmaları və əmək fəaliyyəti ilə məşğul olması üçün hər hansı problem yaratmış olsun".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: miqrantlar Azər Allahverənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri