Icma.az
close
up
RU
Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığı genişlənməkdədir. Bakıdan təbii qaz alan Kiyev bu prosesdə həm də siyasi və geosiyasi mesajlar verir. Transbalkan marşrutu ilə ilk dəfə Azərbaycan qazının Ukraynaya çatdırılması təkcə iqtisadi yox, siyasi əhəmiyyət daşıyır. 


Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlunun fikrincə, bu hadisə Cənubi Qafqazda və Şərqi Avropada balansları dəyişə biləcək proseslərin başlanğıcı sayıla bilər.


Politoloq bildirib ki, Ukrayna Rusiya qazından tamamilə imtina etdikdən sonra enerji təhlükəsizliyi üçün alternativ axtarışlara başlamışdı. Bu kontekstdə Azərbaycan qazı Kiyev üçün strateji əhəmiyyət kəsb edir. Bu, həm də Bakı ilə Kiyev arasında siyasi əlaqələrin daha da möhkəmlənməsi deməkdir.


E.Şahinoğlu qeyd edib ki, Ukraynanın dövlət enerji şirkəti “Naftogaz Group” ilə SOCAR-ın Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” arasında imzalanan müqavilə nəticəsində ilk qaz partiyası Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılıb. Politoloq hesab edir ki, bu addım Kremldə ciddi narahatlıq yaradıb. Çünki Kreml Ukraynanı enerji resurslarından da məhrum etmək istəyirdi. Ancaq alınmadı. Ukrayna Azərbaycan qazına çıxış əldə etdi.


Ekspert əlavə edib ki, vaxtilə Rusiya qazı üçün nəzərdə tutulan Transbalkan marşrutundan ilk dəfə Azərbaycan qazı nəql olunub. Bu isə Qərbin də maraqlarına uyğundur:


“Bakı bu addımı ilə ABŞ və Avropanın Ukraynanın müqavimətinə verdiyi dəstəyə praktik şəkildə qoşulmuş oldu. Bu əməkdaşlıqla Azərbaycan Avropanın enerji təhlükəsizliyində artan rolunu nümayiş etdirdi. Bu yanaşma eyni zamanda Qarabağ mövzusunda ölkəmiz əleyhinə fəaliyyət göstərən dairələrin təzyiqlərinin qarşısını almaq üçün bir siyasi mövqe də formalaşdırır. Azərbaycan Ukraynaya qaz satmaqla öz geosiyasi mövqeyini möhkəmləndirir və əleyhinə qəbul edilən bəzi qərarların neytrallaşdırılması istiqamətində önəmli addım atır”.


Şahinoğlu xatırladıb ki, Prezident İlham Əliyevin ukraynalı jurnalistin sualına cavabında “işğalla barışmayın” çağırışı ABŞ və Avropa mətbuatında geniş əks olundu. Onun fikrincə, bu, təkcə Azərbaycanın yox, bütövlükdə Cənubi Qafqazın Rusiyanın təzyiqlərinə qarşı mövqe nümayiş etdirməsinin göstəricisidir. Politoloq hesab edir ki, bu proses Mərkəzi Asiya ölkələrinə də təsir edəcək və onlar da Rusiya ilə münasibətlərdə öz təhlükəsizlik maraqlarını önə çəkəcəklər.


Digər tərəfdən, rəsmi Kiyev Rusiya ilə dolayısı əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Politoloqun sözlərinə görə, Ukrayna Prezidenti tərəfindən imzalanan fərmanla Rusiya, Çin, BƏƏ və İrana məxsus bəzi şirkətlərə qarşı sanksiyalar tətbiq olunub. Bu qərar Avropa İttifaqının 18-ci sanksiya paketinə uyğunlaşdırılıb. Sanksiyalar kölgə donanması, ikili təyinatlı mallar və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli qurumları əhatə edir.

Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri