Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Rusiya hərbçiləri hələ Bəşər Əsəd rejiminin süqutundan əvvəl Suriyanın şimalındakı Menbiç və Kobanidəki bazalarını tərk ediblər.
Xalqcebhesi.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Vaşinqton Post nəşri yazıb.
“İlk baza əvvəllər ABŞ hərbçilərinə məxsus idi, 2019-cu ildə onlar getdikdən sonra Rusiya qoşunları tərəfindən ələ keçirildi. Rusiya hərbçiləri ərazidə patrul xidməti apararkən, buradan post kimi istifadə edirdilər. Kobanidəki baza Türkiyə-Suriya sərhədində atəşkəs razılaşmasına nəzarət etmək üçün istifadə edilib. Rusiya hərbçiləri Ankara və Moskva arasında 2020-ci ilin martında bağlanmış müqavilə çərçivəsində bura yerləşiblər”, - məlumatda bildirilib.
Baxış sayı:108
Bu xəbər 10 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















