Icma.az
close
up
RU
Rusiya Ramiz Mehdiyevi asanlıqla təxliyə edərdi...” Putinin yaratdığı yeni fond nəyə xidmət edir?

Rusiya Ramiz Mehdiyevi asanlıqla təxliyə edərdi...” Putinin yaratdığı yeni fond nəyə xidmət edir?

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin “beynəlxalq layihələr” fondunun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək.

Fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədi ilə” yaradılır. 

Putinin bu qərarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, əvvəla, fond vasitəsilə Moskvanın maraq kəsb etdirdiyi əcnəbilərin Rusiyaya köçürülməsi dəstəklənəcək. Belə ki, Rusiya qrantlar vasitəsilə özünə dost ölkələrlə yanaşı dost olmayan ölkələrə də nüfuz etməyə, bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq. 

Ekspert deyir ki, Kreml sahibinin fərmanına görə, təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə Rusiyaya təxliyə ediləcəklər: “Sənədə görə, istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Onlar Rusiyada hüquqi status əldə edəcəklər. Rusiya fərmandakı “istedadlı əcnəbilər” bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentlərini və “5-ci kolon” üzvlərini də təxliyyə edəcək. Misal üçün Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdarlarını və şübhə altında olan təsir agentlərini təxliyyə etməyə çalışa bilər. Fərmanda belə bir bənd var ki, öz ölkələrində Rusiya dəyərlərini bölüşənlər dəstəklənəcək. Ramiz Mehdiyev ev həbsində olmasaydı, Rusiya dəyərlərini bölüşən birisi kimi asanlıqla Moskva tərəfindən təxliyə edilə bilərdi”. 

Şahinoğlu qeyd edir ki, Vladimir Putinin göstərişi ilə Rusiya qrantlar vasitəsilə beynəlxalq proqram və layihələrdə iştirak edəcək. Söhbətin konkret hansı layihələrdən getdiyi bəlli deyil. Politoloq xatırladır ki, digər tərəfdən Rusiya Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərbin sanksiyaları ilə üzləşib. Bu vəziyyətdə Rusiya Qərb ölkələrinin layihələrini maliyyələşdirə bilməyəcək. “Görünür, Rusiya Prezidenti ayıracağı qrantlar vasitəsilə Avrasiya, Afrika və Cənubi Amerika ölkələrində fəallığını atırmağı planlaşdırır. Belə olarsa, Rusiya qrantlar vasitəsilə strateji tərəfdaşı Çinlə rəqabət içərisində olacaq. Çünki, Çin müxtəlif ölkələrdə iqtisadi və enerji layihələrin reallaşdırır, bu məqsədlə milyardlarla dollar yatırımlar həyata keçirir. Rusiyanın bu cür maliyyə imkanları yoxdur. Ona görə də Kreml iqtisadi yatırımlar əvəzinə üçüncü ölkələrdə nüfuzunu artırmaq üçün qrant layihələrinə üstünlük verəcək. Bu bir növ Qərbin müxtəlif fondlarının ayırdığı qrantlara bənzəyəcək”, - təhlilçi vurğulayıb.

AzPolitika.info

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri