Rusiya rəsmən elan etdi: Artıq qadağandır
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiyada bu gündən – avqustun 14-dən etibarən “WhatsApp” və “Telegram” tətbiqlərində səsli və video zənglərə tam qadağa qüvvəyə minib.
Globalinfo.az xəbər verir ki, qərar Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) tərəfindən təsdiqlənib.
Qadağanın əsas səbəbi kimi təhlükəsizlik və məlumatların qorunması ilə bağlı narahatlıqlar göstərilir. Roskomnadzor bildirir ki, xarici messencer platformalarının zəng xidmətləri Rusiya qanunvericiliyinin tələblərinə cavab vermir və istifadəçi məlumatlarının ötürülməsində risklər yaradır.
Məlumata görə, yazışma funksiyası hələlik məhdudlaşdırılmayıb, lakin zənglərin bloklanması bütün istifadəçilər üçün məcburi olacaq. Qadağanın müddəti barədə isə konkret məlumat verilməyib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 14 Avqust 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















