Rusiya rəsmilərinə sanksiya tətbiq edildi
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya rəsmilərinə və bir sıra nəşriyyat şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 8 şəxsə sanksiya qoyulub. Onların arasında Rusiya hökumət rəsmiləri, informasiya diversiyası ilə məşğul olan FTX əməkdaşı, Rusiya Baş Qərargahının İnformasiya Departamentinin nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, prezident Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də var.
Sanksiyalar çərçivəsində bu şəxslərin Ukraynaya girişinə qadağa qoyulur, onların Ukraynada ola biləcək əmlakları və aktivləri dondurulur və kommersiya fəaliyyətinə məhdudiyyətlər tətbiq olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Noyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















