Rusiya rəsmisi Ermənistandakı bazada rus əsgərlərini fransızların əvəz etməsi ehtimalından danışdı...
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasının ölkədən çıxarılması ilə bağlı İrəvandan hər hansı müraciət almayıb.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva Gümrüdəki Rusiya hərbi bazasını Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin mühüm elementi hesab edir.
Qaluzin qeyd edib ki, hazırda Rusiyanın Ermənistandakı hərbi mövcudluğu məsələsi ölkənin ictimai-siyasi gündəmində fəal müzakirə olunur. Bununla belə, onun fikrincə, Rusiya hərbi mövcudluğuna real alternativ hələ görünmür.
“Çoxları haqlı olaraq sual verir: bəs alternativ nədir? Bizim fikrimizcə, hazırda belə bir alternativ görünmür. Açığını desəm, bu rolda, məsələn, Fransa əsgərlərini təsəvvür etmək çətindir. Hətta yalnız Fransanın Ermənistandan coğrafi baxımdan uzaqda yerləşməsi səbəbindən belə”, – Qaluzin bildirib.
Rusiya rəsmisi əlavə edib ki, Moskva Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə etməyə hazırdır.
Onun sözlərinə görə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi ikitərəfli münasibətlərin “inventarlaşdırılması” çərçivəsində də həyata keçirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 15 Sentyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















