Rusiya səfiri: Finlandiya hökuməti vətəndaşları müharibəyə hazırlayır
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Finlandiya hökuməti ölkədə hərbi psixoz mühiti yaradır və vətəndaşları müharibəyə hazırlayır.
Teleqraf xəbər verir ki, Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov belə deyib.
Diplomat qeyd edib ki, yerli hökumət əhalini “Rusiyanın təcavüzkar planları” ilə qorxudur və vətəndaşları müharibəyə hazırlaşmağa çağırır.
O, hakimiyyət orqanlarının mediada da bu istiqamətdə xüsusi hərbi maarifləndirmə işləri apardığını bildirib. Bundan başqa, atıcılıq dərnəklərinin şəbəkəsi genişləndirilir, hərbi qulluqçuların ehtiyatda qalması üçün yaş həddi artırılır. Kuznetsov qeyd edib ki, bütün bunların arxasında Finlandiya rəhbərliyinin NATO-ya “sürətlə” daxil olmasına və hərbi xərclərin artırılmasına haqq qazandırmaq istəyi dayanır.
Xatırladaq ki, yanvarın 29-da Finlandiya prezidenti Alexander Stubb Rusiya ilə sərhədlərin bağlanmasına görə Moskvanın məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, sərhədlərin açılması Rusiya tərəfinin davranışlarından asılıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 07 Fevral 2025 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















