“Rusiya Şimali Koreya mərmilərindən çox asılıdır” Rus artilleriyasının 50 faizini Koreya təmin edir
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya ordusu Şimali Koreyanın artilleriya sursatlarından çox asılıdır.
“AzPolitika” xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun(ISW) analitikləri məlumat verib.
Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi “Reuters” agentliyinə bildirib ki, Şimali Koreya 2023-cü ilin ortalarından bəri Rusiyaya üç milyon artilleriya mərmisi və qeyri-müəyyən sayda minaatan mərmisi verib. Rusiyanın bütün artilleriya mərmilərinin yarısı Şimali Koreyadan gəlir. Hərbi kəşfiyyat həmçinin bildirib ki, Şimali Koreya 2025-ci ilin yanvarına kimi Rusiyaya 148 KN-23 və KN-24 ballistik raketləri təhvil verib.
“Reuters” yazır ki, 2023-cü ilin sentyabrından 2025-ci ilin martına qədər Şimali Koreyadan Rusiyaya milyonlarla artilleriya mərmisi olan 16.000 konteynerdən ibarət 64 daşınma həyata keçirilib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 17 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















