Icma.az
close
up
RU
Rusiya şovinizmi və “skinhed” təfəkkürü: FSB və “OMON” “muzdlu qatil” rolunda

Rusiya şovinizmi və “skinhed” təfəkkürü: FSB və “OMON” “muzdlu qatil” rolunda

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) iyunun 27-də evlərinə basqın edərək, qətlə yetirdiyi azərbaycanlıların – Hüseyn və Ziyəddin Səfərovun Azərbaycana gətirilən nəşi üzərində yenidən aparılan ekspertizanın rəyi sözün gerçək mənasında dəhşətlidir.
- Qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulublar. Meyitlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib. Sümüklərin yerdəyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb. Gözətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, yuxarı ətraflarda, xayalıqda, aşağı ətraflarda, budda qançır və sıyrıqlar aşkarlanıb.
- Kəllədaxili qansızmalar, baş beynin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların ikitərəfli, çoxsaylı anatomik xətlər üzrə yerdəyişmiş sınıqları aşkarlanıb. Ağciyərin sümük ucları tərəfindən kəsilməsi, qabırğaarası əzələlərdə qansızmalar, parietal plevranın, ağciyərlərin cırılması və ikitərəfli hemapnevmatoroks vəziyyəti aşkarlanıb.
Bu, hansısa cinayətkar qrupun törətdiyi qətl hadisəsi yox, birbaşa Rusiya hüquq-mühafizə orqanlarının – FSB və “OMON”un terror aktıdır. Məhkəmə qərarı olmadan evlərə hücum edərək, soydaşlarımızı döyə-döyə öldürüblər. Rusiya üçün tanış mənzərədir: 90-cı illərdə “Skinhed” hərəkatının “keçəllər dəstəsi” qeyri-rus olanları küçələrdə saxlayır, döyür, qətlə yetirirdi və bütün bu əməllərinə görə cinayətə cəlb olunmurdular.
Hazırda Rusiyada baş verənlər göstərir ki, “Skinhed” hərəkatına rəhbərliyi Putin edir, “keçəllər dəstəsi” isə FSB və “OMON”çulardır. Yekaterinburqda FSB tərəfindən azərbaycanlılara qarşı törədilən “skinhed” zorakılığı bunu təsdiq edən sonuncu nümunələrdəndir.

Belə nümunələr Putin Rusiyası üçün adi hala çevrilib. Əgər Rusiyanın ən qanlı dövrü Stalin represiyaları hesab olunurdusa, o zaman belə müəyyən bir qaydalar vardı. Məhkəmə qurulur, cəza kəsilir, ya sürgünə, ya ölümə göndərilir. Putin Rusiyasında isə nə məhkəmə, nə cəza var, FSB və “OMON” “skinhed” rolunda küçədə qeyri-rusları saxlayır, təhqir edir, ya da evlərinə basqın edərək, qətlə yetirir, Səfərovlar qardaşlarına etdikləri kimi.
Putin Rusiyasında şovinizm, islamofobiya və irqçilik
Mərkəzi Asiya və Qafqazdan olan şəxslər – qeyri-slavyan görünüşünə mənsub olanlar üçün Rusiya böyük həbsxananı xatırladır. “Human Rights Watch” təşkilatının hazırladığı hesabatda qeyd olunur ki, miqrantlara qarşı həm dövlət, həm də ictimai ayrı-seçkilik şiddətlənib. Misal üçün, Rusiyanın bir çox regionunda miqrantların işə qəbulunda məhdudiyyətlər qoyulub, o cümlədən, onların təhsil, səhiyyə, qida və dərman istehsalı sektorunda işləmələri qadağan edilib. Samarada miqrantlara çörək və uşaq yeməkləri istehsalının qadağan edilməsi də bu nümunələrdən biridir.
Polis əməkdaşları və “OMON” qrupları küçədə görünüşü xoşuna gəlməyən, qeyri-rus hesab etdikləri istənilən şəxsə yaxınlaşır, onları təhqir edir, maşınlara dolduraraq, saxlanma düşərgələrinə aparır. “Süpürgə” adlanan bu reydlər mütəmadi olaraq miqrantların getdiyi ərazilərdə, məscid və bazalarda keçirilir. Reydlər zamanı minlərlə insan ya həbs, ya da deportasiya edilir.

Rusiya mediasının məlumatına görə, həbs edilən və saxlanılan miqrantların sayı o qədər çoxdur ki, xüsusi təcridxanalar dolduğu üçün onları yerli həbsxanalara yerləşdirirlər. “Azadlıq radiosu”nun araşdırmalarına görə, saxlanılan miqrantların çoxluğu həm gigiyena problemləri yaradıb, həm də qida çatışmazlığına səbəb olub. Saxlanılma düşərgələrində və həbsxanalardakı miqrantlara yalnız “çörək və şirin çay” verilir. Bununla yanaşı, saxlanılanlara qarşı zorakılıq, döyülmə halları adi hal alıb. Qeyri-kafi tibbi xidmət və kifayət qədər sanitar qovşağın olmaması əsas problemlərdəndir.
“The Moscow Times” nəşri yazır ki, ilin əvvəlində yeni miqrasiya qanunun qüvvəyə minməsindən sonra hüquq-mühafizə orqanlarının özbaşınalığı artıb. Polis əməkdaşları, yaxud “OMON” dəstələri miqrasiya qanunlarına əsaslanaraq, küçədə istənilən şəxsi saxlamaq, həbs etmək, yaxud digər zorakılıq əməlləri törətmək imkanına sahibdir.
Yeni miqrasiya qanununa görə, polisə məhkəmə qərarı olmadan miqrantları deportasiya etmək səlahiyyəti verilib. Bununla yanaşı, “nəzarət olunan şəxslərin reyestri” yaradılıb və bundan sonra yüz minlərlə miqrantın bank hesabına daxil olması qadağan edilib. Qaydalara görə, reyestrdə adı olan miqrantlara Rusiya ərazisində avtomobil sürmək, evlənmək, səyahət etmək, yaxud bank hesabı açmaq, eləcə də ayda 30 min rubldan (351 dollar) çox pul xərcləmək qadağandır.

Rusiya miqrantlar üçün “xalqlar həbsxanası”na çevrilib. Şovinizm dövlət səviyyəsində dəstəklənir, o cümlədən, qeyri-ruslara qarşı hücumlar birbaşa FSB və “OMON” tərəfindən həyata keçirilir. “OMON”un Qafqaz və Mərkəzi Asiyadan olan miqrantlara hücumları, zorakılıq törətməsi adi hala çevrilib. Cari ildə Mərkəzi Asiyadan olan miqrantların yaşadıqları əraziyə edilən hücumlar Rusiya rəhbərliyinin “skinhed” təfəkkürünün bariz nümunəsi idi. Bu hücumlarda xüsusilə müsəlmanlara qarşı daha sərt zorakılığa əl atılır. Mərkəzi Asiya ölkələri – Özbəkistan, Qırğızıstan və Tacikistan Rusiya hüquq-mühafizə orqanlarının törətdikləri vəhşiliklərə görə Moskvaya rəsmi Nota ünvanlayıblar.
Miqrantlara və qeyri-rus əsilli vətəndaşlara qarşı zorakılığın dövlət səviyyəsində idarə olunması təsadüfi deyil. Burada rus şovinizminin tarixi kökləri və Rusiya rəhbərliyinin bu şovinizmdən bəslənməsi fundamental amildir. Lakin son dövrlər rasizm və islamofobiyanın kəskinləşməsi miqrantların Ukrayna müharibəsinə cəlb edilməsi planının bir hissəsi kimi qiymətləndirilir. Putin hakimiyyəti xüsusilə Mərkəzi Asiya və Qafqazdan olan miqrantları, eləcə də qeyri-rus vətəndaşları Ukrayna müharibəsində “top yemi” olaraq istifadə etməyə çalışır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin açıqlaması da bunu təsdiq edir. Bastrıkin etiraf edir ki, Rusiya vətəndaşlığını almış 20 min nəfər əcnəbi Ukraynada döyüş bölgəsinə göndərilib. Onun sözlərinə görə, hərbi istintaq idarəsi reydlər keçirir, hərbi komissarlığa gəlməyən və cəbhəyə getmək istəməyən şəxsləri saxlayır. Cari ildə 80 min belə vətəndaş saxlanılıb, hərbi qeydiyyata alınıb, onlardan 20 mini müharibəyə göndərilib.

Əcnəbilərin, xüsusilə Mərkəzi Asiya və Qafqazdan olanların Ukrayna müharibəsinə cəlb edilməsi prosesi iki istiqamətdə aparılır.
Birincisi, Rusiyada işləyən və yaşayan miqrantlar – vətəndaşlığı olmayan şəxslər həbs olunaraq, təcridxanalara və yerli həbsxanalara doldurulur. Onlar qarşısında şərt qoyulur: ya müharibəyə gedin və əvəzində Rusiya vətəndaşlığını alın, ya da deportasiya ediləcəksiniz. Müharibəyə getmək istəməyənlər işgəncələrə və müxtəlif zorakılığa məruz qalır. Hətta narkotik daşıma, yaxud cinayət törətmə ittihamları ilə üzləşirlər.
İkincisi, Rusiya vətəndaşlığı olan qeyri-ruslar hərbi qeydiyyatdan keçməyə məcbur edilir. Müharibə yəgetməkdən imtina edilənlər vətəndaşlıqdan çıxarılmaq, eləcə də müxtəlif cinayətlərdə ittiham olunmaq, hətta ailə üzvlərinin deport edilməsi kimi təhdidlərlə üzləşir.

“Novaya qazeta” nəşrinin ötən il apardığı araşdırma Rusiya hakimiyyətinin “miqrant ordusu” qurmaq üçün əl atdığı dəhşətli üsulları ortaya çıxarır. Nəşr yazır ki, Sankt-Peterburqda Yeni il bayramı ərəfəsində reydlər keçirilib və 3 mindən çox miqrant saxlanılıb. Reydin məhz bayram ərəfəsində keçirilməsi daha çox insanın saxlanılmasına hesablanıb. Saxlanılanlar arasında miqrantların ailələri – qadın və uşaqlar da olub. Qadın və uşaqlar xırda cinayət təcridxanalarına, kişilər isə Daxili İşlər Nazirliyinin tabeliyində olan istintaq təcridxanalarına göndərilib. Bir gün sonra hərbi komissarlığın əməkdaşları təcridxanalara gələrək, saxlanılanlarla görüşüb. Onlar bildirib ki, “ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq, müharibəyə getsinlər və vətəndaşlıq əldə etsinlər, ya da miqrasiya qanunvericiliyini pozduqları üçün onlara qarşı məhkəmə işi açılacaq”. Saxlanılanlardan 1500 nəfəri müharibəyə getməyə razılaşıb, digərləri isə ya deportasiya olunublar, ya da haqlarında cinayət işi açılıb. Qadın və uşaqların həbs edilməsi isə kişiləri hərbi müqaviləni imzalamağa məcbur etmək üsullarından biri olub. Moskvadakı “yuxarılar” bu reyddən razı qalıblar və qərar verilib ki, digər bölgələrdə də belə reydlər keçirilsin.
Faktlar təsdiq edir ki, Rusiyada şiddətlənən “miqrant ovu”nun əsas hədəflərindən biri məhz Ukraynadakı işğalçı müharibəyə canlı qüvvə cəlb etmək məqsədi daşıyır.
Göründüyü kimi, Rusiya şovinizmi artıq dövlət səviyyəsinə yüksəlib və bu ölkə “skinhed” təfəkkürü ilə idarə olunur. FSB və “OMON” isə “muzdlu qatil” rolundadır.
Asif Nərimanlı
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 İyul 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see284

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see236

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see200

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see191

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see177

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see177

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see159

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see147

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see140

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see134

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see127

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see126

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see126

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see122

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri