Rusiya televiziyası Melanya Trampın çılpaq görüntülərini yaydı FOTO
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Rusiyanın ən çox baxılan “Rossiya-1” kanalında yayımlanan “60 dəqiqə” proqramında Donald Trampın 2024-cü il seçkilərindəki qələbəsini qeyd edərkən xanımı Melanya Trampın çılpaq fotoları yayımlayıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, aparıcı Yevgeni Popov Melanyanın Ağ Evə qayıtmağa hazır olduğunu bildirərkən ekranda fotolarını nümayiş etdirib. Melanyanın bu fotoları Trampın 2016-cı ildə ilk prezidentlik kampaniyası zamanı da gündəmə gəlib.
Aparıcı fotoları paylaşarkən "Melanya 2000-ci ildə belə görünürdü" ifadələrini işlədib.
Melanya Tramp isə sentyabr ayında sosial media hesabında etdiyi paylaşımda modellik fəaliyyəti ilə bağlı bunları deyib: "Artıq insan bədəninin gözəlliyini qiymətləndirə bilmərikmi? Tarix boyu böyük sənətkarlar insan bədənini izzətləndiriblər. Bədənimizə hörmət etməliyik və sənətdən özünü ifadə etmək üçün güclü bir vasitə kimi istifadə etmək ənənəsini mənimsəyin”.
Qeyd edək ki, Melanya 1990 və 2000-ci illərin əvvəllərində Paris, Milan və Nyu-Yorkda modellik edib. O, 1998-ci ildə Nyu-York Moda Həftəsi gecəsində Trampla tanış olub.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















