“Rusiya tərəfi atəşkəsi Ukraynanın müharibə azadlığı kimi qiymətləndirir”
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya-Ukrayna müharibəsində atəşkəs şərtini Rusiya tərəfi qəbul etmir. Budapeştdə Tramp və Putin arasında danışıqlar olacaqdı, bu, ona görə təxirə salındı ki, Alyaskada razılaşmışdılar ki, daha möhkəm təminatlı sülh bağlanmalıdır, sonra atəşkəs olmalıdır. Amma sonradan Tramp fikrini dəyişdi. Görüşə hazırlıq mərhələsində Mark Rubio Sergey Lavrovla görüşəndə ABŞ tərəfindən deyilmişdi ki, atəşkəs olsun, sonra danışıqlar aparılsın. Rusiya tərəfi bunu qəbul etmir və bildirir ki, heç bir atəşkəsdən söhbət gedə bilməz”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Şakir Ağayev söyləyib.
Ş.Ağayevin sözlərinə görə, Rusiya tərəfi atəşkəs elan olunmağını Ukraynanın yenidən silahlandırılması və müharibə azadlığı kimi qiymətləndirir: “Raket hücumlarının kütləviliyindən aslı olmayaraq atəşkəs məsələsi onsuz da gözlənilmir. Yəni Rusiya-Ukrayna müharibəsində Rusiyanın atəşkəs elan edib, sonra danışıqlara getmək kimi bir niyyəti yoxdur. Rusiya deyir ki, atəşkəsdən əvvəl müharibəni yaradan ilkin şərtlər qəbul olunmalıdır. Burada Ukraynanın NATO-ya üzv olmaqdan birdəfəlik imtina, Ukraynanın bitərəf dövlət statusunda qalması məsələsidir. Rusiyanın ələ keçirdiyi torpaqları Ukrayna Rusiyanın ərazisi kimi tanımalıdır və bütün bunlardan sonra müharibənin dayanmasından söhbət gedə bilər”.
Röya İsrafilova
Baxış sayı:37
Bu xəbər 31 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















