Rusiya tərəfindən hücum bu haqda danışmağa əsas verir
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarənin Qroznı üzərində qəzaya uğramasının ilkin versiyalardan biri də məhz kənar müdaxilələrin olması idi.”
Bunu Gununsesi.info -ya Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat vurğulayıb ki, sərnişin təyyarəsinin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalması bu gün bu haqda danışmağa əsas verir.
“Bütün məlumatlar təşkil olunmuş komissayaniın rəyi ilə veriləcəkdir. Artıq Baş Prokurorluq tərəfindən cinayət işi qaldırılıb.
Bütün bunlar araşdırılacaq kriminalistik və ballistik ekspertizaya rəyi olacaq. Əgər hansısa sərnişində qəlpə yarası və yaxud buna bənzər varsa bunların hamısı aydınlaşdırılmalıdır.
Bir daha qeyd edirəm ki, bu gün əsas versiyalardan biri elə məhz Rusiya səmasında olan müdaxilədir”– deyə deputat əlavə edib.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















