Rusiya təyyarə olayına görə Azərbaycandan üzr istəyəcək? Peskovdan REAKSİYA
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəsmi Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirməyəcək.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana məxsus təyyarə barədə danışarkən deyib.
Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, onlar “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyirlər Ona qədər Kreml olaya heç bir qiymət verməyəcək.
“Bu aviasiya insidenti ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər biz özümüzü hər hansı bir qiymətləndirmə aparmaq hüququna malik hesab etmirik. Biz isə bunu etməyəcəyik”, - Kremlin sözçüsü bildirib.
Peskov deyib ki. Kreml azərbaycanlı deputat Rasim Musabəyovun Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin təyyarəni vurduğuna görə üzr istəməsi tələbindən xəbərdardır.
“Əlbəttə, bunu görmüşük. Artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur”, - deyə mətbuat katibi fikrini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 27 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















