Icma.az
close
up
RU
Rusiya türkmüsəlmanlarının milli oyanış öndəri

Rusiya türkmüsəlmanlarının milli oyanış öndəri

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Həsən bəy Zərdabinin maarifçilik mücadiləsi məfkurə qaynağıdır

Ötən əsrlərdə yaşamış millət fədailərindən və zəka sahiblərindən söz düşəndə, nədənsə qulaqlarımda rəhmətlik Mirzə Cəlilin “gözümü açanda bu dünyanı qaranlıq görmüşəm” sözləri səslənir. Gözlərim önünə isə qaranlıq bir gecədə yol gedən bir dəstə nabələd adamın güclə seziləcək kölgələri gəlir. İrəlidə addımlayanlardan biri əlindəki fənəri arabir başı üzərinə qaldırır ki, arxada gələnlər ayaqlarının altını yaxşı görsünlər və yolun çala-çuxuruna düşüb əzilməsinlər...

Xəyali bir filmin ilk kadrlarını xatırladan bu lirik ricət ictimai fikir və mədəniyyət tariximizdə dərin iz qoymuş və məktəb yaratmış şəxsiyyətlərin keçdiyi ağır yolun və xalqa xidmətin simvolik ifadəsi sayıla bilər. Çünki belə işıqlı şəxsiyyətlər taleyin onlara bəxş etdiyi ömür payını sadəcə özləri üçün yaşamamışlar. Onlar son nəfəslərinədək vətənin və millətin taleyini düşünmüş, bu yolda şərəflə xidmət göstərmişlər.

Belə şəxsiyyətlərdən biri, böyük maarifçi, alim, publisist və ictimai xadim Həsən bəy Zərdabidir. Noyabrın 28-i bu böyük insanın anım günüdür. Yeri gəlmişkən, 1992-ci ildə Həsən bəyin anadan olmasının 150 ili tamam oldu. Amma, nədənsə, bu parlaq şəxsiyyətin yubileyini təntənəli şəkildə qeyd etmək unuduldu.

65 il mənalı ömür sürmüş Rusiya türk-müsəlmanlarının fikir öndəri Həsən bəy Zərdabi xalqın maariflənməsi, azadlığı uğrunda inam və imanla mübarizə aparıb, milli təhsilimizin, teatrımızın, mətbuatımızın əsasını qoyub. Onun fəaliyyəti yalnız bu sahələrlə məhdudlaşmayıb. Həsən bəyin milli oyanış mübarizəsi XX əsrin əvvəllərində istiqlal mübarizəsinə çevrildi.

Aşağıda söylədiklərimiz Həsən bəy Məlikovun (Zərdabinin) işıqlı arzularının və əməli fəaliyyətlərinin müxtəlif anlarıdır. 1869-cu ilin noyabr ayında Həsən bəy Bakı Realnı Gimnaziyasına “təbiət tarixi” müəllimi təyin olunur. Onun maarifçilik fəaliyyəti də geniş şəkildə elə o vaxtdan başlayır. O, məktəbdə xeyriyyə cəmiyyəti yaratmaq istəyir. Buna görə də tələbəsi və dostu, sonralar ədəbiyyatımızın klassiklərindən biri olan Nəcəf bəy Vəzirovla, demək olar ki, Azərbaycanı el-el, oba-oba gəzərək, İrəvan, Dərbənd, Tiflis şəhərlərinə gedərək imkanlı şəxslərdən kömək istəyir.

Ömrünün ixtiyar çağında Həsən bəy “Həyat” qəzetində (N107, 25 noyabr 1905-ci il) həmin günləri xatırlayaraq belə yazır: “...1871-ci il sənədə mən də bizim müsəlmanlar üçün belə bir cəmiyyəti-xeyriyyə nizamnaməsi tərtib edib, bir neçə qeyri adamlara da qol çəkdirib, sərdara verib təsdiq elətdirdim. Amma mənim çağırışıma nə ki, qeyri müsəlman, hətta ərizəyə qol çəkənlər də gəlmədi. Axırda bir neçə insanı vasitə salıb qazı Molla Cavad axunddan təvəqqe elədim ki, şəhərin mütəxəssislərini öz mənzilinə çağırıb bu xeyir işin bina olmağına səbəb olsun. Həzərat cəm olanda onlara cəmiyyəti-xeyriyyə nədir və onun gələcəkdə nə xeyri olacağını ərz elədim və cənab Hacı Zeynalabdin Tağıyev də bu barədə çox danışdı. Amma pul sözü araya gələndə hacılar iztiraba düşdülər..."

Həmin yığıncaqda istəyinə nail ola bilməyən Həsən bəy göy qaytanlı dəftərlərini qoltuğuna vurub küçəyə çıxır. Havanın soyuqluğu onun pərişan görkəminə təsir etmir. Bu dəqiqələrdə onu ancaq məktəbdəki kasıb uşaqlarının gələcək taleyi düşündürür. Axı qarşıdan qış gəlirdi. O, uşaqların xeyli hissəsinin isə nə isti geyimi, nə də yeməyə çörəyi vardı.

Xeyriyyə cəmiyyətinə bağladığı ümid qırılmışdı. O, bu cəmiyyəti yaratmaqla neçə-neçə əlsiz-ayaqsıza, kimsəsizə əl tutmaq, məktəblər açmaq, kasıb uşaqlarını oxutmaq, dərsliklər hazırlamaq və sair istəyirdi. Amma imkanlılar Həsən bəyi başa düşmək, bu mühüm işə kömək etmək istəmirdilər.

Həsən bəy Zərdabi “Cəmiyyəti-xeyriyyə binası”adlı həmin məqaləsində daha sonra belə yazır: “Mən dəftərlərimi qoltuğuma vurub mənzilimə gedəndən sonra bizim bədbəxt müsəlmanların fikrindən bir neçə gün xörək yeyə bilmədim və gecə mənə yuxu haram oldu. Qardaşlar, bizim və qonşularımız ermənilərin indiki halına baxıb diqqət edin! Onda görərsiniz ki, zikr olan otuz dörd ilin müddətində onlar (Bakıda yaşayan ermənilər nəzərdə tutulur) bizdən nə qədər qabağa gediblər və bunun ümdə səbəbi onların cəmiyyəti-xeyriyyəsi olubdur. Bəs deyilmi, biz haçan ayılacağıq?"

Xeyriyyə cəmiyyəti arzusunun baş tutmaması onu ruhdan salmır. O, öz tələbələrilə birlikdə M. F. Axundzadə “Hacı Qara” komediyasını tamaşaya hazırlayıb. Bu tamaşa ilə milli teatrımızın əsası qoyulub. Tamaşa 1873-cü ildə göstərilib. Bundan xəbər tutan dramaturq Həsən bəyə sevinc və minnətdarlıq dolu məktub göndərib. İlk tamaşadan 50 manata yaxın, ikinci tamaşadan 100 manat pul yığılıb. Sonra əsər bir neçə dəfə də göstərilib. Bu yolla Həsən bəy kasıb tələbələrin ehtiyaclarının bir hissəsini həll edıb.

İllər ötüb. O, bu qənaətə gəlir ki, xalqı oyatmaq üçün kəsərli vasitə – qəzet lazımdır. 3 illik mübarizədən sonra Həsən bəy məqsədinə nail olur – 1875-ci il iyul ayının 22-də “Rusiyada əvvəlinci türk qəzeti” olan “Əkinci” işıq üzü görür və milli mətbuatımızın əsası qoyulur. Heç şübhəsiz, Həsən bəy Zərdabi təkcə bu xidmətinə görə ictimai fikir tariximizdə və mədəniyyətimizdə birincilər sırasında dayanmağa layiqdir.

“Əkinçi”nin hər sayı maddi çətinliklə çıxırdı. Dövrünün azad fikirli ziyalıları ona dayaq durmağa, müdafiə etməyə çalışırlar. Ancaq 1877-ci ilin ortalarında qubernatorun göstərişi ilə Azərbaycanda olan yeganə mətbəə “Əkinçi”ni çap etməkdən imtina edir. Bir aydan sonra Həsən bəyi realnı məktəbdən də çıxarırlar... 2 ilədək işsiz qalır. Bir tərəfdən arzuların qırılması, digər tərəfdən maddi çətinlik onu doğma Zərdaba qayıtmağa məcbur edir. Beləliklə, 16 il kəndində yaşamalı olur. Burada da onu rahat yaşamağa qoymurlar...

1896-cı ildə yenidən Bakıya qayıdır və ömrünün sonunadək “Kaspi” qəzeti ilə əməkdaşlıq edir. Eyni zamanda həmin il o, Bakıda qız məktəbi açmaq üçün şəhər qubernatoruna ərizə yazır, lakin rədd cavabı alır. Əlavə edək ki, Həsən bəy Məlikov ömrünün son illərində 7 il Dövlət Dumasının ən fəal üzvlərindən biri olub, Bakı şəhərinin bır sıra problemlərinin həlli üçün fəallıq göstərib.

O, həyatını xalqının inkişafı naminə şam kimi əridib. Həsən bəy xalqına təmənnasız xidmət göstərmiş, heç bir mənfəət güdməmişdir. Özü bu barədə belə demişdir: “Qiymət, öz işin üçün mükafat, tərif və sair axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün onun inamını qazan”.

Həsən bəy Zərdabinin ölümü ümumxalq matəminə çevrilib. Onu özlərinin müəllimi adlandıran ziyalılar qəzetlərdə kədərli yazılarla çıxış ediblər. Əməl dostu Abdulla Şaiq həmin günlərdə yazıb:

Yordu o zəif cismini zəhmət və məşəqqət,
Doğma vətənin qoynuna gir, ol daha rahət.
Gəlmiş hamı qəlbində kədər son görüşə bax,
Mümkünmüsəni, ey böyük insan, de unutmaq?!

“Kaspi”qəzetində verilən nekroloqda belə bir cümlə var: “Onun xalqdan və vətəndən ayrı həyatı olmamışdır”. Qələm dostlarının bu sözlərindən sonra söyləyəcəyimiz bu kəlmələr qalır: “Məzarın nurla dolsun, Həsən bəy! Səni heç vaxt unutmağa haqqımız yoxdur!”

Səməd MƏLİKZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri