Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi 2029 cu ilə qədər davam edəcək? AKTUAL

Rusiya Ukrayna müharibəsi 2029 cu ilə qədər davam edəcək? AKTUAL

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiya ilə Ukrayna döyüşür və kənar dövlətlərin müdaxiləsi olmadan onlar öz siyasi xətlərini davam etdirə bilməzlər”.

Bunu Bakıvaxtı.az-a politoloq Zərdüşt Əlizadə Rusiya ilə Ukrayna arasındakı savaşın 2025-ci ilin sonunda bitəcəyinə dair iddiaları şərh edərkən söyləyib.

Ekspert qeyd edib ki, Rusiyanın imkanları Ukraynaya nisbətən genişdir. Lakin Çinin və İranın dəstəyi olmasa idi, Rusiya öz uğurlu hərbi siyasətini həyata keçirə bilməzdi:

“Ukrayna isə Sovet İttifaqının ən qüdrətli respubliklarından biri idi. Nəhəng hərbi sənaye kompleksi vardı. Sovetlər dövründən sonra Ukraynadakı siyasi hakim sinfin acgözlüyü və fərsizliyi ucbatından Ukrayna öz nəhəngliyini itirdi. Və hərbi, siyasi və iqtisadi baxımdan tənəzzülə uğradı”.

Müsahibimiz qeyd edib ki, müharibənin başlanmasında Ukrayna hakim sinfinin böyük günahı var. Gerçəkliyi düzgün qiymətləndirə bilmədilər. Rusiya ilə mənasız şəkildə münaqişəyə girdilər. Qərbə imkan verdilər ki, Ukraynanı alət kimi istifadə etsin:

“Nəhayət, 2022-ci ilin 24 fevralında müharibə başladı. Bu zaman məlum oldu ki, Ukraynanın hərbi, iqtisadi imkanları məhduddur və bu mənada onlar Qərbin dəstəyindən asılı vəziyyətə düşdülər. Qərbin dəstəyi ilk növbədə ABŞ-dən, sonra isə Avropadan gəldi. Ukrayna hakim sinfi anlamadı ki, nə Rusiya, nə də Ukrayna Qərbin vecinədir. Nə Ukrayna xalqı, nə də Rusiya xalqı onları maraqlandırır. Onlara lazımdır ki, bu ölkələr vuruşub zəifləsinlər, tənəzzülə uğrasınlar, qatı düşmən olsunlar. Qərbə bu lazımdır. Məlum sadə həqiqəti anlamaq üçün Ukrayna hakim sinfinin ağlı çatmadı. İndi Ukrayna və Rusiya ölüm-dirim savaşına giriblər. Xarici qüvvələrin dəstəyi olmadan heç birinin qələbə qazanmaq imkanı yoxdur. Xarici qüvvələr də bundan istifadə edib, həm Rusiya, həm də Ukraynanı idarə edirlər”.

Zərdüşt Əlizadə diqqətə çatdırıb ki, indi Ukrayna prezidenti Volodmir Zelenkinin devrilməsi məsələsi gündəmdədir:

“Qərb, məxsusi olaraq Amerika çalışır ki, Ukrayna dövlət maraqlarının hesabına, onları güdaza vermək yolu ilə Rusiya ilə ümüumi dil tapsın. Əməkdaşlığa başlayıb, pul qazansın. Bunu anlamaq çətin deyil. Bunun üçün ayıq başla, sərt gerçəkliklə düşünmək lazım idi”.

Zərdüşt Əlizadə: Qərbi nə Ukrayna maraqlandırır, nə də Rusiya, onlara lazımdır ki...

Z.Əlizadə onu da əlavə edib ki, Rusiya hakim siyasi sinfi, Putin və onun ətrafı Rusiyanı alətə çeviriblər:

“Qərblə, Şərqin oyununda alət olublar. Rusiya Cıdır meydanıdır. Torpaqları tapdalanır, xalq qırılır. Düzdür, Putinin mövqeyi möhkəmlənir. Rus xalqının üzərində hökmranlığı güclənir. Amma bu, Rusiyaya xoşbəxtlik gətirmir. Bu, ölkəni zəiflədir. Rusiyanın təbii müttəfiqi, dostu, Ukraynanı Rusiyanın düşməninə çeviri. Bu ölkələr bir-birinə düşmən mövqedə dayanırlar və mövcud vəziyyət Qərbin xeyrinə işləyir”.

Həmsöhbətimiz bildirib ki, Rusiya və Ukrayna ittifaqı onları ən ciddi oyunçuya çevirə bilərdi. Buna yol verməmək üçün onları düşmən etdilər:

“Bunu Ukrayna millətçiləri etdilər. Guya Ukrayna ilə Rusiya arasında danışıqlar aparılır.  Guya onlar nəsə danışırlar. Danışıqlar mövzusu yoxdur. Onların buna imkanları çatmır, çünki son sözü başqa ölkələr deyirlər. Ona görə də müharibəni davam etdirməyə məhkumdurlar. Bunun üçün hər iki ölkəyə xaricdən dəstək lazımdır. Bu dəstəyi də təmin edən dövlətlər öz milli mənafelərini düşünürlər”.

Zərdüşt Əlizadə sonda onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi 2029-cu ilə qədər davam edə bilər:

“Ukrayna və Rusiya xalqları hələ də döyüşməyə, bir-birini qətl etməyə məhkumdurlar. Halbuki  hər ikisi slavlyan xalqlardır, ortaq mədəbiyyət və tarixləri mövcuddur. Onlar bu faktorları unudurlar. Müharibə aparan dövlətlərdə inkişafdan, elm, texnologiya və sənayedən söhbət gedə bilməz”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri