Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsinə koronavirus səbəb olub? AÇIQLAMA

Rusiya Ukrayna müharibəsinə koronavirus səbəb olub? AÇIQLAMA

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“Almaniyanın kansleri Angela Merkel son müsahibəsində deyib ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlanmasının əsas səbəblərindən biri guya koronavirus olub. Merkelin fikrincə, koronavirus Avropa İttifaqı liderləri ilə Rusiya prezidenti arasında təkbətək məsləhətləşmələri və görüşləri qeyri-mümkün etdiyndən böhran daha da dərinləşib”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Əlbəttə, koronavirus səbəbindən ölkələr qapanmaya getdilər və liderlər arasında görüşlərin sayı azaldı. Ancaq koronavirus başlayanda hələ müharibə başlamamışdı və Putinin Ukraynaya hücum qərarı verilən tarixdə xəstəlik sönməyə doğru gedirdi. Doğrudur, Putin koronavirus illərində qapalı şəraitdə fəaliyyətə üstünlük verirdi. Ancaq bu o demək deyil ki, koronavirus olmasaydı və Kreml sahibi avropalı həmkarlarıyla tez-tez görüşsəydi, Rusiya Prezidenti Ukraynaya hücum əmri verməyəcəkdi”, - deyə o qeyd edib.

Elxan Şahinoğlunun sözlərinə görə, Putini heç bir görüş dayandırmayacaqdı:

“Məgər 2014-cü ildə koronavirus var idi? Putin həmin il Krımı ilhaq etdi. Avropa liderləri, o cümlədən Merkel həmin il tez-tez görüşdükləri Rusiya Prezidentini durdura bildilərmi? Ona görə də koronavirus bəhanədir. Serbiya prezidenti Aleksandr Vuçiçin “Merkel vəzifəsində qalsaydı, Ukraynada münaqişənin qarşısını alardı” fikri ilə də razılaşmaq çətindir. Putin Merkellə tez-tez görüşürdü və Kreml sahibi elə Merkelin kansler dövründə Ukraynanı ram etmək qərarı vermişdi. Bu bir növ ABŞ Prezidenti Donald Trampın az qala hər həftə təkrarladığı “Bayden deyil, mən Prezident olsaydım, Rusiya-Ukrayna müharibəsi olmazdı” fikrinə bənzəyir. Tramp indi Prezidentdir də, müharibəni dayandıra bilirmi? Tramp Putini Alyaskaya çağırdı, görüşdülər, Ağ Ev sahibi ümid edirdi ki, ən azı atəşkəs elan olunacaq, əksinə Kreml sahibi müharibəni genişləndirməyə qərar verdi”.

Lalə, Bakupost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri