Rusiya Ukrayna münaqişəsi hərbi fazadan diplomatik müstəviyə keçir?
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov və hakim "Xalq Xidmətçisi" Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya sülh prosesi üzrə danışıqlar aparmaq üçün ABŞ-yə gediblər.
Bununla yanaşı, bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski, Böyük Britaniyanın, Almaniyanın və Polşanın baş nazirləri Kir Starmer, Fridrix Merts və Donald Tuskla birgə ABŞ Prezidenti Donald Trampa zəng ediblər. Makron Zelenskinin şərtləri qəbul etdiyini bildirib və eyni qərarı Putindən də gözlədiklərini dilə gətirib.
Bütün bunlar isə intensiv diplomatiyanın növbəti raundunun başlaması kimi qiymətləndirilir. Yəni 2026-cı il daha çox hərbi istiqamətdən diplomatik fazaya keçə bilər. ABŞ-yə səfər edən Ukrayna nümayəndə heyətinin tərkibinə nəzər salanda görərik ki, təhlükəsizlik, kəşfiyyat və parlament səviyyəsində əsas fiqurların bir araya gəlməsi, müzakirələrin yalnız texniki yox, strateji və siyasi qərarlar səviyyəsində aparıldığını deməyə əsas verir.
Bu baxımdan, müzakirələrin əsas təfərrüatı atəşkəs şərtləri və təhlükəsizlik zəmanətləri, ərazi məsələsi və sanksiyaların tətbiqi ilə bağlıdır. Yəni Ukrayna üçün əsas məsələ yalnız atəşkəs deyil, onun dayanıqlı və beynəlxalq təminatlı olmasıdır. Ərazi məsələsi də ən çətin mövzulardandır və qısa müddətdə tam kompromis gözlənilmir. Daha real ssenari isə münaqişənin "dondurulması", delimitasiya olunmuş ərazi, bufer zona və bəzi ərazilərin statusunun gələcəyə saxlanılmasıdır. Bununla yanaşı, Rusiya ilə bağlı sanksiyaların hansı mərhələdə yumşaldılması, Ukraynanın isə müharibədən sonrakı bərpası üçün ABŞ və Qərbin maliyyə öhdəlikləri əsas müzakirə predmeti ola bilər.
Bu baxımdan, qısa müddətdə tam sülh müqaviləsi gözləmək real deyil və daha çox mərhələli atəşkəs, diplomatik yol xəritəsi və ABŞ-nin prosesdə birbaşa siyasi zəmanətçi rolunun güclənməsi ehtimalı yüksəkdir. Yəni bu səfər göstərir ki, müharibə hərbi fazadan tədricən siyasi-diplomatik müstəviyə keçir. Lakin prosesin uzun, çətin və çoxvektorlu olacağı da şübhə doğurmur.
Mərahim Nəsib
Baxış sayı:23
Bu xəbər 19 Yanvar 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















