Icma.az
close
up
RU
Rusiya Ukraynada “batır”, Çinin sazişi var İran təkləndi

Rusiya Ukraynada “batır”, Çinin sazişi var İran təkləndi

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağır vəziyyətdə olan İran tərəfdaş ölkələrin Tehrana dəstəyini artırmasını istəyir. Məsələ burasındadır ki, İran rejimi yürütdüyü siyasətlə yalnız Qərb ölkələri ilə münasibətlərdə gərginlik yaşamır, qonşu ölkələrlə münasibətləri də normal deyil. Buna baxmayaraq, Tehran iki tərəfdaşı – Rusiya və Çindən daha fəal dəstək arzulayır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, İranın xarici işlər naziri Abbas Arakçının çinli həmkarı Van Yi ilə telefon danışığı məhz bu məqsəd daşıyırdı:

“Arakçı çinli həmkarına İranda baş verən son hadisələr barədə məlumat verib. Onun sözlərinə görə, İranda sabitlik bərpa edilib və dialoq üçün qapı açıqdır. Arakçı Çindən regionda sülh və stabilliyin təmin olunmasında daha fəal rol oynamağı gözlədiklərini qeyd edib. Van Yi cavab olaraq bildirib ki, Çin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə sadiqdir, beynəlxalq münasibətlərdə zor tətbiqinə qarşıdır. O əlavə edib ki, Çin bütün tərəflərin təmkinli olmasını və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməsini arzulayır. Çinli nazir vurğulayıb ki, ölkəsi bu prosesdə konstruktiv rol oynamağa hazırdır.

Bu arada, Pekin ABŞ-ın İranın daxili işlərinə müdaxiləsinə qarşı olduğunu bir daha bəyan edib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib ki, Pekin ardıcıl olaraq digər ölkələrin daxili siyasətinə müdaxiləyə qarşıdır. Və Tehranın milli sabitliyin təmin olunması səylərini dəstəkləyir. Oxşar açıqlamalar Kremldən də səsləndirilib.

ABŞ Venesuelanı nəzarətə götürdükdə Rusiya və Çin buna qarşı çıxsalar da, prosesə mane ola bilmədilər. İrandakı rejim Moskva və Pekinin İrana münasibətdə də eyni siyasətdən çıxış edəcəyindən narahatdır. Doğrudur, Çin və Rusiya üçün İranı itirmək daha ağır nəticələrə səbəb olacaq. Ancaq Venesueladan fərqli olaraq, İranda dəyişikliklər daxildən başlayarsa və buna ABŞ da dəstək verərsə, Moskva və Pekinin prosesə müdaxilə imkanları çox olmayacaq. Bunu Tehranda da anlayırlar. Təsadüfi deyil ki, İsrail və ABŞ İranın hərbi mərkəzlərini raket atəşinə tutduqda Prezident Məsud Pezeşkian ölkəsinin müttəfiqlərindən kifayət qədər dəstək almadığını söyləmişdi. İran prezidenti ölkə adı çəkməsə də, Rusiya və Çinə işarə edirdi.

Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, müxtəlif bölgələrdə baş verənlərə reaksiya üçün resursları kifayət deyil. Çin isə Venesuela və İrana görə ABŞ-la münasibətləri indikindən daha da çətin vəziyyətə salmaq istəmir. ABŞ Prezidenti Donald Trampın İranla ticarət aparan ölkələrə qarşı əlavə 25 faizlik gömrük tariflərini tətbiq etməsini açıqlaması Çin iqtisadiyyatına əlavə problemlər yarada bilər. Çin lideri Si Szinpin ötən ilin oktyabr ayında Cənubi Koreyada görüşdüyü ABŞ Prezidenti Donald Trampla ticarət barışığı əldə edib. Si həmin barışığı İrana görə pozmayacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri