Icma.az
close
up
RU
Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib? Rəqəmlər AÇIQLANDI XƏRİTƏ

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib? Rəqəmlər AÇIQLANDI XƏRİTƏ

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır. Alyaska ştatında baş tutacaq görüş zamanı Ukraynadakı vəziyyət müzakirə ediləcək.

Tramp bəyan edib ki, Ukrayna müharibəsinə son qoymaq üçün həm Kiyev, həm də Moskva müəyyən ərazilərdən imtina etməlidir.

Məlumata görə, açıq mənbə nəşrləri bildirir ki, hazırda Rusiya Ukrayna ərazisinin 19 faizini işğal altında saxlayır.

Belə ki, Ukraynanın ümumi ərazisi 603 min kv. km-dir, Rusiya bu ərazinin təxminən 114 min 500 kv. km-nə nəzarət edir.

Bu sahəyə Krım, eləcə də ölkənin şərq və cənub-şərqindəki geniş ərazilər daxildir. Ukrayna isə beynəlxalq səviyyədə tanınmış Rusiya ərazilərinə nəzarət etmir.

Moskva 1991-ci ildə SSRİ dağılanda beynəlxalq səviyyədə Ukraynanın tərkib hissəsi kimi tanınan Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini Rusiya Federasiyasının subyektləri hesab edir. Kiyev issə işğalı heç vaxt tanımayacağını bildirir. Əksər ölkələr Ukraynanın mövqeyini dəstəkləyir. Krımı Rusiya ərazisi kimi tanıyan azsaylı ölkələr sırasında Suriya, Şimali Koreya və Nikaraqua var. BMT Baş Assambleyası 2014-cü ildə Krımın ilhaqını qanunsuz elan edən qətnamə qəbul edib.

Krım – Rusiya 2014-cü ildə yarımadanı ələ keçirərək mübahisəli referendumdan sonra ilhaq edib. Sahəsi təxminən 27 min kv. km-dir. Krım XVIII əsrdə II Yekaterina dövründə Rusiya imperiyasına qatılıb, 1954-cü ildə Nikita Xruşşov tərəfindən Ukraynaya verilib. Moskva Krımı hüquqi olaraq öz ərazisi hesab edir. Ukrayna və tərəfdaşları isə onun öz torpağı olduğunu bildirir, lakin bəzi rəsmilər hərbi yolla geri qaytarmağın çox çətin olduğunu etiraf edir.

Donbas – Rusiya Donetsk və Luqansk vilayətlərindən ibarət bölgənin təxminən 46 min 570 kv. km-nə, yəni 88 faizinə nəzarət edir. Buraya bütün Luqansk vilayəti və Donetsk vilayətinin təxminən 75 faizi daxildir. Ukrayna hazırda bölgənin 6 min 600 kv. km sahəsini əlində saxlayır. Rusiya əsas hücumlarını Donetsk istiqamətində davam etdirir. Donbasda Rusiya tərəfindən dəstəklənən separatçılar 2014-cü ildə müstəqillik elan edib, 2022-ci ildə isə Vladimir Putin onları “müstəqil dövlətlər” kimi tanıyıb.

Zaporojye və Xerson – Rusiya bu iki vilayətin təxminən 74 faizinə, yəni 41 min 176 kv. km əraziyə nəzarət edir. Ukrayna isə burada təxminən 14 min 500 kv. km sahəyə sahibdir. 2024-cü ildə Putin Ukraynanın Rusiya tərəfindən iddia edilən, lakin tam nəzarətə götürülməmiş 21 min kv. km-lik ərazidən çıxması və NATO-ya üzvlük planlarından imtina etməsi şərtilə sülhə razı ola biləcəyini bildirib.

Digər ərazilər – Rusiya Xarkov, Sumı, Nikolayev və Dnepropetrovsk vilayətlərində kiçik ərazilərə nəzarət edir. Sumı və Xarkovda ümumi nəzarət sahəsi təxminən 400 kv. km-dir. Dnepropetrovskda isə sərhəd yaxınlığında kiçik bir ərazi işğal edilib. Moskva Sumıda “təhlükəsizlik bufer zonası” yaratdığını iddia edir.

Putinin sülh üçün şərtlərinə NATO-nun şərqə doğru genişlənməsinə qarşı hüquqi təminat, Ukraynanın neytral statusu və ordusuna məhdudiyyətlər qoyulması, rusdilli əhalinin hüquqlarının qorunması və Rusiyanın ərazi qazanclarının tanınması daxildir. “Reuters”in mənbələri bildirir ki, Putin bəzi kiçik ərazilərdən geri çəkilməyə hazır ola bilər, lakin böyük ərazi güzəştlərini istisna edir./modern.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Avqust 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri