Icma.az
close
up
RU
Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib? Rəqəmlər AÇIQLANDI XƏRİTƏ

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib? Rəqəmlər AÇIQLANDI XƏRİTƏ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır. Alyaska ştatında baş tutacaq görüş zamanı Ukraynadakı vəziyyət müzakirə ediləcək.

Tramp bəyan edib ki, Ukrayna müharibəsinə son qoymaq üçün həm Kiyev, həm də Moskva müəyyən ərazilərdən imtina etməlidir.

Modern.az-ın məlumatına görə, açıq mənbə nəşrləri bildirir ki, hazırda Rusiya Ukrayna ərazisinin 19 faizini işğal altında saxlayır.

Belə ki, Ukraynanın ümumi ərazisi 603 min kv. km-dir, Rusiya bu ərazinin təxminən 114 min 500 kv. km-nə nəzarət edir.

Bu sahəyə Krım, eləcə də ölkənin şərq və cənub-şərqindəki geniş ərazilər daxildir. Ukrayna isə beynəlxalq səviyyədə tanınmış Rusiya ərazilərinə nəzarət etmir.

Moskva 1991-ci ildə SSRİ dağılanda beynəlxalq səviyyədə Ukraynanın tərkib hissəsi kimi tanınan Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini Rusiya Federasiyasının subyektləri hesab edir. Kiyev issə işğalı heç vaxt tanımayacağını bildirir. Əksər ölkələr Ukraynanın mövqeyini dəstəkləyir. Krımı Rusiya ərazisi kimi tanıyan azsaylı ölkələr sırasında Suriya, Şimali Koreya və Nikaraqua var. BMT Baş Assambleyası 2014-cü ildə Krımın ilhaqını qanunsuz elan edən qətnamə qəbul edib.

Krım – Rusiya 2014-cü ildə yarımadanı ələ keçirərək mübahisəli referendumdan sonra ilhaq edib. Sahəsi təxminən 27 min kv. km-dir. Krım XVIII əsrdə II Yekaterina dövründə Rusiya imperiyasına qatılıb, 1954-cü ildə Nikita Xruşşov tərəfindən Ukraynaya verilib. Moskva Krımı hüquqi olaraq öz ərazisi hesab edir. Ukrayna və tərəfdaşları isə onun öz torpağı olduğunu bildirir, lakin bəzi rəsmilər hərbi yolla geri qaytarmağın çox çətin olduğunu etiraf edir.

Donbas – Rusiya Donetsk və Luqansk vilayətlərindən ibarət bölgənin təxminən 46 min 570 kv. km-nə, yəni 88 faizinə nəzarət edir. Buraya bütün Luqansk vilayəti və Donetsk vilayətinin təxminən 75 faizi daxildir. Ukrayna hazırda bölgənin 6 min 600 kv. km sahəsini əlində saxlayır. Rusiya əsas hücumlarını Donetsk istiqamətində davam etdirir. Donbasda Rusiya tərəfindən dəstəklənən separatçılar 2014-cü ildə müstəqillik elan edib, 2022-ci ildə isə Vladimir Putin onları “müstəqil dövlətlər” kimi tanıyıb.

Zaporojye və Xerson – Rusiya bu iki vilayətin təxminən 74 faizinə, yəni 41 min 176 kv. km əraziyə nəzarət edir. Ukrayna isə burada təxminən 14 min 500 kv. km sahəyə sahibdir. 2024-cü ildə Putin Ukraynanın Rusiya tərəfindən iddia edilən, lakin tam nəzarətə götürülməmiş 21 min kv. km-lik ərazidən çıxması və NATO-ya üzvlük planlarından imtina etməsi şərtilə sülhə razı ola biləcəyini bildirib.

Digər ərazilər – Rusiya Xarkov, Sumı, Nikolayev və Dnepropetrovsk vilayətlərində kiçik ərazilərə nəzarət edir. Sumı və Xarkovda ümumi nəzarət sahəsi təxminən 400 kv. km-dir. Dnepropetrovskda isə sərhəd yaxınlığında kiçik bir ərazi işğal edilib. Moskva Sumıda “təhlükəsizlik bufer zonası” yaratdığını iddia edir.

Putinin sülh üçün şərtlərinə NATO-nun şərqə doğru genişlənməsinə qarşı hüquqi təminat, Ukraynanın neytral statusu və ordusuna məhdudiyyətlər qoyulması, rusdilli əhalinin hüquqlarının qorunması və Rusiyanın ərazi qazanclarının tanınması daxildir. “Reuters”in mənbələri bildirir ki, Putin bəzi kiçik ərazilərdən geri çəkilməyə hazır ola bilər, lakin böyük ərazi güzəştlərini istisna edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see262

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see178

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see150

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see149

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see137

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see135

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see135

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see134

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see132

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see132

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see128

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see125

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri