Rusiya Ukraynaya genişmiqyqaslı hücuma keçdi: Ölən və yaralananlar var
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu səhər saatlarında Ukraynada raket təhlükəsi səbəbindən genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib.
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələri Xarkov və Poltava vilayətlərinə raket hücumunun gözləndyini bildiriblər.
Raket hücumu ilə əlaqədar Sumı, Donetsk, Dnepropetrovsk, Zaporojya və Kirovoqrad vilayətlərində də fövqəladə vəziyyət elan olunub.
Poltava Vilayət Dövlət Administrasiyası rusların Poltava vilayətinə hücum etdiyini bildirib.
"İlkin məlumatlara görə, mülki obyektlərə dəyən zərər və tələfat olmayıb. Mirqorod rayonunda enerji infrastrukturuna ziyan dəyib", - məlumatda deyilir.
Həmçinin Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov bildirib ki, Xarkov və Berestinski rayonlarında düşmənin zərbələri qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat dəqiqləşdirilir.
Zərbənin baş verdiyi yerdə yanğın olub, bir nəfərin xəsarət aldığı bildirilir.
Sinequbov daha sonra aydınlaşdırıb ki, qurbanların sayı iki nəfərə çatıb, bir qadının vəziyyəti ağırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















