Icma.az
close
up
RU
Rusiya və Çin İrana dəstək verə biləcəkmi?

Rusiya və Çin İrana dəstək verə biləcəkmi?

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çin İsrailin İrana qarşı hava zərbələrini sərt şəkildə tənqid edib. Çin xarici işlər naziri Van İ İranın nüvə obyektlərinə hücumun fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı İsrailin hərəkətlərinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozduğunu vurğulayıb. Çinin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəklədiyini söyləyən Van İ İsrailin iranlı yüksək rütbəli məmurların qətlə yetirilməsini qınadığını vurğuladı.

Pekin Ermənistan və Rusiya kimi İsraillə müharibədə İranın zəif duruma düşməsini, bu ölkədə rejim dəyişikliyi istəmir. Çünki, İrəvan və Moskva kimi Pekindəki siyasilər də düşünürlər ki, İsrail ABŞ-la birgə İranda maraqlarına uyğun şəkildə rejim formalaşdırmağa çalışacaqlar.

Buna baxmayaraq, Çin İrana birbaşa hərbi dəstək verməyəcək. Pekin eyni zamanda İsraillə mübarizədə əlindəki imkanlar daxilində kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər. Digər tərəfdən Pekin İrandakı rejimin ayaqda durması üçün beynəlxalq müstəvidə bu ölkəyə diplomatik dəstəyini artıracaq. Bütün hallarda Pekin İsrail və ABŞ-ın qələbə çalmasını müxtəlif yollarla əngəlləməyə çalışacaq.

Rusiya İranla strateji tərəfdaş olsa da, üstəgəl bu ilin əvvəlində Moskva ilə Tehran arasında müvafiq saziş imzalansa da, Kreml qonşusuna əməli dəstək verə bilməyəcək. Rusiya bütün enerjisini Ukrayna ilə müharibəyə yönəldib, Kremlin yeni cəbhədə ABŞ-İsrail ittifaqı ilə mübarizə aparmağa nə potensialı, nə də istəyi var. Ona görə də Tehranın Pekindən daha çox gözləntisi var. Tehranda hesab edirlər ki, Çin İrandakı yatırımlarını qorumalıdır. Həqiqətən Çin son illərdə İran iqtisadiyyatına milyardlarla dollar yatırım qoyub. Ancaq Çinin bu yatırımlarını qorumaq imkanı yoxdur. İsrail Çinin yatırım qoyduğu müəssisələrə də zərbələr endirməyə başlayacaq. Məqsəd İran iqtisadiyyatının gəlir gətirən sahələrini dağıtmaqdır. Bu arada, Çin İranın neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində də qalacaq.

Politoloq Elxan Şahinoğlu,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 İyun 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri