Icma.az
close
up
RU
Rusiya və İranın yaxınlaşması Qərbin hədələrindən irəli gəlir Putin və Pezeşkianın görüşü nə vəd edir?

Rusiya və İranın yaxınlaşması Qərbin hədələrindən irəli gəlir Putin və Pezeşkianın görüşü nə vəd edir?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İran və Rusiya arasında uzun müddətdir ki, danışıqlar və məsləhətləşmələr davam edir. Bəzi regional məsələlərlə bağlı Moskva və Tehranın baxışları üst-üstə düşmür. Zəngəzur dəhlizi məsələsində Moskva Türkiyə ilə birləşib və istəyir ki, ekstreterial tərzdə dəhlizin yaranmasına nail olsun. Amma İran dövləti bununla razılaşmayaraq qeyd edir ki, Zəngəzur dəhlizinin açılması onun maraqlarına cavab vermir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, İran özünün şimal qonşusu, yəni Ermənistanla sərhədini itirmək istəmir:
“Bu baxımdan onun mövqeyini başa düşmək olar. Rusiya və İranı müttəfiqliyə söv edən Qərbin təzyiqləri, sanksiyaları, məkrli yanaşmasıdır. İran və Rusiya anlayır ki, anti- Qərb koalisiyası yaranmasa, vəziyyət çətin olacaq. Çin də İran və Rusiya ilə həmrəy və həmfikirdir”.
Ekspert bildirib ki, Rusiya və İran arasında hərbi-siyasi sahədəki danışıqlar nəticə verməkdədir:

“Həm Moskva, həm də Tehran istəyir ki, birgə silah istehsalı, birgə araşdırmalar məsələsində yeni bir atmosfer yaratsınlar. Bunun üçün hər ikisinin elmi-texniki potensialı var. Ballistik raketlərin alınması da qüvvədədir. Hərbi sahədə müttəfiqlik Qərbin düşmənçiliyindən irəli gəlir. Qərb Yaxın Şərqdə separatizm rıçağından istifadə edib daim. Rusiya və İrandakı etnik azlıqları ayağa qaldırmağa çalışırlar. Separatçılıq hər zaman Qərbin əlində vasitə olub dövlətləri parçalamaq və hökm sürmək üçün”. 
Politoloq əlavə edib ki, digər sahələrdə də əməkdaşlıq əlaqələrinin qurulması gözləniləndir: 
“Elm və təhsil sahəsində hər iki ölkə bir-birinə dəstək olmağa çalışacaq. Burada hər ikisinin də üstün göstəriciləri var. Rusiya və İranın bir sıra universiteti beynəlxalq nüfuza sahibdir. İnformasiya texnologiya, rəqəmsallaşma sahəsində də İran və Rusiya əməkdaşlıq edə bilər. Hazırda İranda kibercinayətkarlıqla mübarizə ən üst səviyyədə inkişaf edib. Kibertəhlükəsizliklə bağlı orada böyük bir dövlət proqramı qüvvədədir. İranda elə xakerlər var ki, digər dövlətlərin data bazalarına daxil ola bilməkdə çox məharətlidirlər və belə proqramların hazırlanmasında iştirak edirlər. Dünya mətbuatına sızan məlumatlarda qeyd olunur ki, bir çox hallarda hətta İran və Rusiya xakerləri birgə əməliyyatlar keçirirlər”. 
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Moskvaya səfər edəcək. Səfər zamanı iki ölkə arasında əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır. Pezeşkian səfər ərzində Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.
Törə Zeynallı
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri