Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Putin və Pezeşkianın sirli susqunluğu

Putin və Pezeşkianın sirli susqunluğu

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya və İran arasında strateji tərəfdaşlıq haqqında müqavilənin 2024-cü ilin sonunda imzalanmas gözlənilsə də, yenidən təxirə salınıb.

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian dekabr ayı üçün Moskvaya səfəri öz iş qrafikinə daxil etməyib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O qeyd edib ki, səfərə hazırlıq davam edir, lakin dəqiq tarix hələ müəyyənləşməyib.

Görüşün təxirə salınmasının səbəblərinə gəldikdə, müqavilənin oktyabr ayında Kazanda keçirilmiş BRICS sammiti çərçivəsində imzalanması nəzərdə tutulurdu. Lakin İran tərəfi bu sənədin prezidentin Moskvaya rəsmi səfəri çərçivəsində imzalanmasını tələb etmişdi. Bununla yanaşı, analitiklərin fikrincə, bu qərar Tehranın Qərblə dialoqa can atması ilə bağlı geosiyasi manevrlərlə əlaqələndirilə bilər.

İqtisadi sanksiyalar İrana ciddi məhdudiyyətlər yaradıb. Rusiya ilə tərəfdaşlığın güclənməsi isə Qərb ölkələrində narahatlıqla qarşılanır. Belə bir müqavilənin imzalanması Tehranın ABŞ və Avropa İttifaqı ilə mümkün razılaşma şansını azalda bilər.

Lakin İran tərəfi müqavilənin imzalanmasına maneələrin olmadığını bildirir.  Rusiyanın İrandakı səfiri Kazim Calali daha əvvəl qeyd edib ki, müqavilə tam hazırdır və reallaşmasını gözləyir.

Digər bölgələrdəki geosiyasi gərginlik fonunda Rusiya və İran üçün əsas problem Suriyadakı vəziyyətin kəskinləşməsidir. Əvvəllər Moskva və Tehranın dəstəyi sayəsində ölkənin böyük hissəsində hakimiyyətini qoruyub saxlayan Prezident Bəşər Əsədin mövqeləri son zamanlar yenidən zəifləyib.
Çətinliklər Rusiyanın resurslarını Ukrayna istiqamətinə yönəltməsi və İranda İsraillə gərginlik səbəbindən "HƏMAS" və "Hizbullah" qruplaşmalarına qarşı mübarizə aparılmasından qaynaqlanır. Belə şəraitdə Moskva və Tehranın əsas vəzifəsi Əsəd rejimini qorumaq və silahlı müxalifət qruplarının Dəməşqə doğru irəliləməsinin qarşısını almaqdır.

Regionu dəyişdirəcək görüş

Dekabrın 2-də Vladimir Putin Məsud Pezeşkianla telefon danışığı aparıb. Tərəflər Suriyadakı vəziyyəti müzakirə edərək, Suriya hakimiyyətinin ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki addımlarına dəstək ifadə ediblər. Həmçinin, regionda sabitliyin təmin olunması üçün birgə səylərin vacibliyi vurğulanıb.

Dekabrın 1-də Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb. Suriya lideri ölkə ərazisində terrorizmlə mübarizəni davam etdirmək niyyətini təsdiqləyib, İran tərəfi isə Dəməşqə hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

Rusiya və İran arasında strateji müqavilənin imzalanmasındakı gecikmə Tehranın Moskva ilə əlaqələri möhkəmləndirmək və eyni zamanda, Qərblə dialoqa can atmaq arasında balans qurmağa çalışdığını göstərir.

Rəsmi şəxslərin bildirdiyinə görə, Rusiya və İran arasında əməkdaşlıq davam edəcək. Bu, xüsusilə Suriya böhranının həlli kimi əsas məsələlərdə olacaq. Liderlərin növbəti görüş yerinə və tarixinə dair məlumat hələ açıqlanmasa da, bu görüşün nəticələrinin Yaxın Şərq regionunun gələcəyinə əhəmiyyətli təsir göstərəcəyi aydındır.

“Bu sənəd hər iki tərəfə öhdəliklər də yükləyir”

Rusiyalı politoloq Vitali Arkov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya və İran arasındakı münasibətləri ümumilikdə hörmətli, konstruktiv və dinamik şəkildə inkişaf edən kimi xarakterizə etmək olar. Əldə edilənləri möhkəmləndirmək və yeni imkanlar hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ilə mümkün olacaq:

"Ancaq anlamaq lazımdır ki, bu sənəd hər iki tərəfə öhdəliklər də yükləyir. Əgər Moskva müəyyən riskləri qəbul etməyə hazırdırsa, açıq şəkildə İİR ilə tərəfdaşlığın yeni aspektləri bu riskləri perspektivdə kompensasiya edə bilər. Tehran isə artıq bu mərhələdə belə manevrlər etməyə çalışır.

İran və Rusiya arasında hələ də ciddi fikir ayrılıqları ola bilər. Onlardan bəziləri Cənubi Qafqazda müşahidə olunur. İran və Rusiyanın regionda nəqliyyat kommunikasiyalarının inkişafına və həmçinin Azərbaycanla Ermənistan arasında qüvvələr balansının formalaşmasına baxışları üst-üstə düşmür.

Moskva və Ankaranın geniş əməkdaşlığı İranın makroregionda liderliyini bərpa etmək planlarına ziddir. Xəzərin istifadəsi, Suriya problemləri və hətta "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı fikir ayrılıqları mövcuddur.

Bundan əlavə, ehtimal etmək olar ki, Tehran ABŞ-də Donald Trampın yenidən prezident seçilməsindən sonra gözləmə mövqeyi tutub. Bir tərəfdən, Tramp İranla bağlı kifayət qədər sərt mövqe nümayiş etdirir. Respublikaçılar Partiyası Səudiyyə Ərəbistanı və bir sıra digər sünni monarxiyaları ilə, həmçinin İsraillə tarixi yaxın əlaqələri ilə tanınır. Digər tərəfdən, Moskva və Vaşinqton Ukrayna münaqişəsini həll etməyənə qədər İranın Rusiya ilə sıx əməkdaşlığını rəsmi şəkildə təsdiqləmək Tehranın problemlərini daha da artıra bilər. Nəzərə alaq ki, hərbi sahə də daxil olmaqla, bu əlaqələr artıq sirr deyil.

Tehranın Moskvanın Əl-Riyadla yaxınlaşmasına kifayət qədər həssas yanaşdığı da diqqətəlayiqdir. Diplomatik münasibətlər bərpa edilsə də, Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik qalmaqdadır. Bu gərginliyin kökündə həm Yaxın Şərqdə liderlik uğrunda qədim rəqabət, həm də nisbətən yeni səbəblər – Yəməndə husilərə İranın hərtərəfli dəstəyi dayanır”.

“Rusiya "ilişib””

"Niyə Moskva və Tehran Suriyada susur?" sualına cavab verən politoloq qeyd edib ki, əslində onlar susmur və yaxın günlərdə Tehranın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsum Pezeşkian arasında telefon danışığı baş tutub. Bu danışığın əsas mövzularından biri də Suriyadakı vəziyyətin gərginləşməsi olub:

"Rusiya Hərbi Kosmik Qüvvələri Suriyanın Ərəb Ordusuna dəstək verir, Hələb və İdlib əyalətlərində "Cəbhət ən-Nusra" terror qruplaşmasının bazalarına və digər döyüşçülərin yığıncaqlarına zərbələr endirir. Öz növbəsində, İran artıq Suriyada hərbi mövcudluğunu gücləndirib. Onun üçün vacib nəqliyyat-logistika mərkəzi olan Humsun süqutuna və döyüşçülərin Suriya-Livan sərhədinə nəzarəti ələ keçirməsinə imkan verməmək mühümdür. Belə olarsa, Livanda "Hizbullah" hərakatının təminat dəhlizi bağlanacaq. Bu halda İsrail demək olar ki, atəşkəsi pozacaq.

Vacib məqam odur ki, Rusiya hazırda Ukraynadakı münaqişədə ciddi şəkildə "ilişib" və Kremlin yaxın qələbəsi onun üçün prioritet əhəmiyyət daşıyır. Buna görə də Suriya problemi təbii olaraq ikinci plana keçib. Görünən odur ki, Suriya Ərəb Respublikasında hərbi əməliyyatları yenidən alovlandıran destruktiv qüvvələr bundan istifadə edib".

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri