Icma.az
close
up
RU
Rusiya və Qərb arasında hərarət artır Şahin Cəfərli Trampın yeni tələblərindən yazır

Rusiya və Qərb arasında hərarət artır Şahin Cəfərli Trampın yeni tələblərindən yazır

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şahin Cəfərli

***

ABŞ prezidenti Tramp Ərdoğanı Rusiya neft-qazından imtina etməyə çağırıb.

Bu tələb təkcə Türkiyəyə deyil, bütün NATO üzvlərinə ünvanlanıb. Tramp Rusiya neftinin ən böyük müştərilərindən olan Macarıstanın baş naziri Orbanla da bu mövzuda müzakirə aparıb.

Türkiyə 2024-cü ildə Rusiyadan neft idxalını 36% artıraraq gündəlik 323 min barelə çatdırıb. Rusiyadan ötən il alınan təbii qazın həcmi isə 21,5 milyard kubmetr təşkil edib. Bu həcmləri qısa müddətdə sıfırlamaq Türkiyə üçün asan iş deyil.

ABŞ-ın niyyəti Ukraynada müharibə başladıqdan sonra Avropa enerji bazarında strateji tədarükçü rolunu itirən Rusiyanı tamamilə bu bazardan kənara atmaq və onun yerini tutmaqdır. Həm Avropa Birliyi, həm də Türkiyə Trampın bu iştahını təmin etmək üçün addımlar atır.

Bu gün imzalanan anlaşmaya əsasən Türkiyə ABŞ-dan 20 il ərzində 70 milyard kubmetr maye qaz alacaq. İki ölkə nüvə enerjisi sahəsində də əməkdaşlıq barədə razılığa gəlib. (Bundan başqa, Türkiyə ABŞ-dan 200-dən çox "Boeing" sərnişin təyyarəsi satın alacaq).

Məlum olduğu kimi, Ankara mülki nüvə enerjisi sahəsində Rusiya ilə strateji tərəfdaşlıq qurub. Mersində Rusiyanın mülkiyyətində olan (həm obyekt, həm də ərazi) Akkuyu AES-in "Rosatom" tərəfindən tikintisi davam edir. Türkiyə hökuməti Sinopda inşa etmək istədiyi ikinci AES-in də tikintisini Rusiyaya həvalə etmək istəyir(di), lakin Tramp dövründə bunun baş tutması qeyri-mümkün görünür.

Bayden dövründə ABŞ Rusiyaya qarşı sanksiyalar məsələsində Türkiyəyə müəyyən hərəkət sərbəstliyi tanımışdı. Türkiyə Ukrayna və Qərblə Rusiya arasında bir növ körpü missiyası yerinə yetirirdi. İndi belə görünür ki, Tramp bu cür ikili siyasəti qəbul etmir və hər kəsi tərəf seçməyə vadar etmək istəyir. Trampın "Ərdoğana hamı hörmət edir, o, müharibənin dayandırılması üçün təsir gücündən istifadə edə bilər. Lakin hazırda o, neytraldır. Çox neytraldır" - sözləri də bunu təsdiqləyir.

Rusiya və Qərb arasında hərarətin artdığını göstərən növbəti önəmli hadisə də budur ki, Moskvada Britaniya, Fransa və Almaniya diplomatları ilə Rusiya nümayəndələri arasındakı qapalı görüşdə avropalılar Moskvanı Avropa ölkələrinə qarşı provokasiyaları dayandırmağa çağıraraq NATO hava məkanını pozacaq Rusiya təyyarələrinin vurula biləcəyi barədə xəbərdarlıq ediblər.

MİA.AZ

P.S. Yazı müəllifin Feysbuk-dakı səhifəsindən götürülüb!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see238

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see163

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see153

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see123

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see123

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see122

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see121

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri