Icma.az
close
up
RU
Trampın 24 saatlıq ümidi, nazirin bir saatlıq tələbi... Şahin Cəfərli yazır

Trampın 24 saatlıq ümidi, nazirin bir saatlıq tələbi... Şahin Cəfərli yazır

Icma.az bildirir, Mia.az portalına istinadən.

Şahin CƏFƏRLİ

Politoloq

***

Zelenskinin ABŞ prezidenti vəzifəsini tutan nyu-yorklu möhtəkirə lazımi cavablar verməsi və ölkəsinin maraqlarını müdafiə etməsi onun və Ukraynanın beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək.

Çünki dünyanın bir çox yerində Zelenskinin ABŞ marionetkası, Ukrayna-ABŞ münasibətlərinin isə kliyentelist münasibətlər olduğu haqda təsəvvürlər formalaşıb. Tramp və komandasının “qidalandığı” ABŞ ultrasağının informasiya ekosistemində də məhz bu cür düşüncə hakim idi. Həmin ekosistemdə Rusiya təbliğatı və dezinformasiyaları çox geniş yayılıb və yayılır. Bunun nəticəsidir ki, Tramp Zelenskiyə istənilən anlaşmanı (atəşkəs başda olmaqla) çox asanlıqla (24 saata) imzalatdıracağına inanırdı, ABŞ maliyyə naziri vəzifəsini tutan keçmiş birja spekulyantı isə kolonizator ədasıyla Kiyevə Ukrayna faydalı qazıntılarının istismarına dair layihə apararaq Zelenskinin masasına qoyub, imzalaması üçün 1 saat vaxt vermişdi.

Zelenskinin həm Rusiya ilə əldə olunacaq istənilən anlaşmada, həm də ABŞ-la ikitərəfli razılaşmalarda Ukraynanın maraqlarını təmin etmək üçün bərabərhüquqlu tərəf qismində müzakirələr aparmaq istəməsi Vaşinqtondakı cinqoistləri həm çaşbaş qoydu, həm də qəzəbləndirdi. Hətta vitse-prezident Vens özlərinə məxsus təkəbbürlə bildirdi ki, mövcudiyyəti ABŞ-dan asılı olan ölkənin rəhbəri belə danışmamalıdır.

Vens qismən haqlıdır. Rusiya kimi böyük, əzazil düşmənlə müharibə aparan ölkənin belə ağır şəraitdə ABŞ-ın dəstəyini itirməyi də gözə alması olduqca irrasional davranış kimi görünür. Lakin bu o demək deyil ki, bir böyük gücə boyun əyməyən xalq-dövlət başqa böyük gücün qarşısında alçalmalıdır. Amerikalı merkantil acgözlərə yox demək əlbəttə ki, risklidir, lakin qürur, mənlik və ləyaqət istər toplumlar, istərsə fərdlər üçün elə dəyərlərdir ki, onları qorumaq uğrunda bəzən çox ciddi riskləri də gözə almaq lazım gəlir.

Hara, nə zaman, nə qədər ödəniş edildiyi haqda bütün sənədlər ABŞ Maliyyə Nazirliyində olduğu halda, Ağ Evdəki fırıldaqçının (məhkəmə qərarına istinadən belə deyirəm) bunu araşdırmayıb, guya Ukraynaya 350 milyard dollar yardım edildiyi barədə uydurma iddianı davamlı təkrarlayaraq qanı axan xalqdan bu pulu tələb etməsi isə bir tərəfdən onun ciddi dövlət adamı olmamasından xəbər verir; başqa tərəfdən bu daşınmaz əmlakçının əsaslandığı dəyərlərin əxlaqilik dərəcəsini göstərir. (Əslində sözügedən nadir torpaq elementləri və digər sərvətlərin miqdarı, istismarı halında nə vaxt, nə qədər gəlir gətirəcəyi qeyri-müəyyən məsələdir).

Ukraynanın ABŞ-a 1 sent belə borcu yoxdur, əksinə, ABŞ-ın Ukraynaya o qədər borcu var ki, miqdarını dəqiq hesablamaq da çətin məsələdir. Ukraynanı Rusiya ilə birlikdə tərksilah edən – nüvə başlıqlarını, ballistik raketlərini əlindən alıb, strateji aviasiyasını metalloloma göndərən məhz ABŞ olub. Özü də bu siyasət respublikaçı prezidentin (ata Buş) dövründə başlayaraq demokrat prezidentin (Klinton) dövründə başa çatıb, yəni vahid dövlət siyasəti kimi reallaşdırılıb. Ukrayna bütün bunların maddi qarşılığını ölçüb, hesabı Vaşinqtona göndərməlidir.

P.S.Yazı müəllifin Feysbiuk hesabından götürülüb.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri