Icma.az
close
up
RU
Donald Trampın Çin sınağı Xaqani Cəfərli yazır

Donald Trampın Çin sınağı Xaqani Cəfərli yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Donald Trampın Çindən idxal edilən məhsullara əlavə 10-15 faiz gömrük rüsumu tətbiq etməsinə rəsmi Pekin çox sərt cavab verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, təzyiq və hədələrlə Çini qorxutmaq cəhdləri heç bir nəticə verməyəcək. Çin xalqının heç vaxt zorakılığa boyun əyməyəcəyini bəyan edən Lin Jian hər cür müharibəyə hazır olduqlarını da vurğulayıb: "Əgər ABŞ-nin istədiyi müharibədirsə - istər gömrük vergisi savaşı, istər ticarət savaşı, istərsə də başqa bir müharibə - biz sona qədər mübarizə aparmağa hazırıq".

Çinin müharibə təhdidlərinə cavab olaraq ABŞ-ın müdafiə naziri Pit Heqset bəyan edib ki, sülh istəyənlər müharibəyə hazırlaşmalıdırlar: "Əgər biz Çin və ya başqaları ilə müharibənin qarşısını almaq istəyiriksə, güclü olmalıyıq. Prezident anlayır ki, sülh gücdən asılıdır".

Ümumçin Xalq Konqresinin martın 4-də keçirilən toplantısında Baş nazir Li Çyan Tayvan boğazında və Cənubi Çin dənizində gərginliyin artması ilə əlaqədar büdcədə müdafiə xərclərinin 7.2 faiz artırılaraq 1.78 trilyon yuana (246 milyard dollar) çatdırılmasının nəzərdə tutulduğunu bildirib. Ekspertlər hesab edirlər ki, rəsmi məlumatlar Çinin hərbi xərclərinin real mənzərəsini əks etdirmir. Pentaqonda da hesab edirlər ki, Çinin gerçək hərbi xərcləri rəsmi məlumatda göstəriləndən ən azı 40 faiz çoxdur. Ötən il Çin hərbi qüvvələrin müasirləşdirilməsi sahəsində üç əlamətdar hadisə baş verib. 2024-cü ilin mayında 40 döyüş təyyarəsi, bir neçə kəşfiyyat təyyarəsi, nəqliyyat təyyarələri, helikopterlər və dronlardan ibarət hava qrupunu daşıya bilən "Fujian" təyyarədaşıyan gəmisi dənizdə sınaqlar keçirib. Dünyada ilk elektromaqnit katapultlarla təchiz olunacaq Sıçuan desant gəmisində işlərə başlanılıb. Seriya istehsalına start verilmiş J-35A qırıcısının ötən il sınaq uçuşları keçirilib.

Bunlar diqqət çəkən uğurlar olsa da, Çinin ABŞ-la hər cür müharibəyə hazır olmasını bəyan etməsinin əsas səbəbi deyil. Tramp administrasiyasının rusiyayönlü mövqeyi və Ukraynaya hərbi yardımı dayandırması NATO daxilində etimadı sarsıdıb. Artıq elə bir vəziyyət yaranıb ki, Şimali Atlantika Alyasına üzv ölkələr kəşfiyyat məlumatlarının NATO-nun lideri olan ABŞ ilə bölüşməyin kifayət qədər təhlükəsiz olub-olmadığını müzakirə etməyə başlayıblar. Tramp administrasiyasının hərəkətləri vəziyyəti daha da pisləşdirir və geridönməz xarakter ala bilər.

Kanada Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (Canadian Security Intelligence Service) keçmiş əməkdaşı, Ottava Universitetinin Peşəkar İnkişaf İnstitutunun milli təhlükəsizlik direktoru Daniel Stanton yaranmış vəziyyəti belə dəyərləndirib: "Bizim ümumi düşmənimizinn kim olduğuna dair ümumi fikrimiz yoxdur".

Bayden administrasiyası zamanı ABŞ-ın NATO-dakı səfiri vəzifəsində çalışmış Culianna Smit "Politico"ya müsahibəsində deyib ki, Tramp administrasiyasının bəzi üzvlərinə görə, Alyansa üzv ölkələr kəşfiyyat məlumatlarını ABŞ-la bölüşməkdən çəkinirlər.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Baş Komandanı, admiral Ceyms Stavridis "Bloomberg Opinion"dakı köşə yazısında ABŞ-ın NATO-dan çıxmasının Respublikaçılar Partiyasında və Tramp administrasiyasında güclü tərəfdarlarının olduğunu qeyd edib. Admiral Stavridis ABŞ-ın Rusiya və Şimali Koreya ilə birlikdə Rusiyanın Ukraynaya təcavüzünü pisləyən BMT qətnaməsinin əleyhinə səs verməsini Şimali Atlantika Alyansının parçalanmağa başladığının göstəricisi olaraq qeyd edir. 

Elə bir vəziyyət yaranıb ki, Fransa prezidenti Emmanuel Makron Avropanın müstəqil müdafiə qüvvələrinin yaradılmasının zərərətə çevrildiyindən danışır. Almaniyanın yeni kansleri Frederix Merz Trampın NATO-nun qarşılıqlı müdafiə öhdəliyini artıq qeyd-şərtsiz yerinə yetirməyəcəyi ehtimalına hazırlaşmağa çağırır.

Bu, NATO-nun yaranmasından bəri müşahidə edilməmiş vəziyyətdir. Digər tərəfdən Tramp NATO-dakı müttəfiqlərinin bəzilərinə qarşı əlavə gömrük rüsumları tətbiq edib. ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Kanada ilə münasibətləri ümumiyyətlə hərbi münaqişə həddinə çatmaqdadır. Tramp Kanadanın 51-ci ştat statusunda ABŞ-ın tərkibinə daxil olmasına nail olmağa çalışır. Tramp administrasiyasının üzvləri mütəmadi olaraq Kanadanın Baş naziri Castin Trüdonu təhdid və təhqir edirlər.

Kanada Liberal Partiyasının liderlərindən biri, Baş nazirin keçmiş müavini Kristiya Friland Ottavanı ABŞ-ın "yırtıcı" siyasətinə cavab olaraq Avropa dövlətlərindən nüvə silahının alınması məsələsini nəzərdən keçirməyə çağırıb. Xanım Friland Trampın Kanadanın suverenliyini şübhə altına alan mövqeyini Kanadanın milli təhlükəsizliyi üçün əsas təhdid adlandırıb. ABŞ-ın "yırtıcıya" çevrildiyini bəyan edən Kristiya Friland hökuməti nüvə silahına malik Fransa və Britaniya ilə təhlükəsizlik əlaqələrini gücləndirməyə çağırıb.

ABŞ-ın ən yaxın müttəfiq olan Britaniyanın siyasi dairələrində də Tramp administrasiyasının siyasəti ilə bağlı dərin məyusluq var. Böyük Britaniyanın keçmiş müdafiə naziri, Mühafizəkarlar Pariyasının liderlərindən biri Ben Uolles prezident Trampı, vitse-prezident Vensi kəmağıl və axmaq adlandırmaqdan çəkinməyib. Ben Uolles Tramp administrasiyasını Rusiya diktatoru Putinin və onun qatil rejiminin yaratdığı təhlükəni görməzdən gəlməkdə ittiham edib. 

Rusiya və İran kimi Çin də NATO-nun daxilində gedən prosesləri diqqətlə izləyir. Çində çox yaxşı bilirlər ki, ABŞ-ın hərbi siyasəti kollektiv müdafiə prinsipi üzərində qurulub. Uollesin kəmağıl adlandığı Tramp və Vens bu prinsipi artıq zədələyiblər. Çində çox gözəl bilirlər ki, ABŞ-ın ballistik raketlərdən müdafiə strategiyası üç əsas xətt üzərində qurulub. Burada Şimali, Mərkəzi və Şərqi Avropadakı Raketdən Müdafiə Kompleksi, eləcə də ABŞ və Kanada tərəfindən birgə idarə olunan Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) mühüm rol oynayır. NORAD ABŞ-ın Şimal qütbü üzərindən gələ biləcək ballistik raketlərdən qorumalıdır. İndi ABŞ-ı daha ciddi təhlükə hesab edən Kanadanın Çin-ABŞ qarşıdurmasında Ottavanın hansı mövqeyi tutacağını birmənalı söyləmək artıq mümkün deyil.

Trampın Ukraynaya qarşı mövqeyi Avropa ölkələrini öz təhlükəsizlikləri barədə müstəqil düşünməyə vadar etdiyi kimi, ABŞ-ın Uzaq Şərqdəki müttəfiqlərini də qorxudub. Yaponiya, Cənubi Koreya, Sinqapur, Tayvan və digər ölkələr ABŞ-ın müdafiəsinə birmənalı bel bağlamağın mümkün olmadığını Ukraynanın nümunəsində aydın görüblər. Bütün bunları çox aydın görən Çin ABŞ-a meydan oxumaqdan, hər cür müharibəyə hazır olduqlarını bəyan etməkdən çəkinmir. Belə görünür ki, Tramp prezidentliyinin ikinci ayında çox ciddi sınaqla üz-üzə qalıb. Trampın bu vəziyyətdən neçə çıxacağı ABŞ-ın və dünyanın gələcəyinə çox ciddi təsir edə bilər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see490

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see285

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see275

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see271

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see267

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see260

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see255

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see250

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see243

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see226

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see219

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see215

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see214

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see208

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see206

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see202

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see200

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see190

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see186

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri