Icma.az
close
up
RU
Rusiya və Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır Politoloq

Rusiya və Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır Politoloq

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin İstanbulda görüşmələrini istəyir. O, həmçinin qeyd edib ki, görüşə ABŞ Prezidenti Donald Tramp da qatıla bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, Ərdoğanın açıqlaması məlumdur və Türkiyə istəyir ki, Rusiya və Ukrayna arasındakı müharibə bitsin.

"Ən azı birinci mərhələdə danışığa otursunlar, ikinci mərhələ isə o danışıqların detallarına uyğun olaraq sülh əldə olunsun. Amma bu gün faktiki olaraq nə Rusiyanın şərtləri Ukraynanı, nə də Ukraynanın şərtləri Rusiyanı qane edir.

Üstəlik, Qərb ölkələri, yəni xüsusilə Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsində yetkin mövqedə deyil. Hələ bir hissə Ukraynaya dəstək verib, müharibənin taleyini Rusiyadan Ukraynaya keçirməyə çalışır. Bir hissə də fikirləşir ki, Rusiya artıq istədiyini əldə edib.

Qaldı ABŞ-nin münasibətinə, o, tam fərqli yanaşır. Donald Tramp sırf maddi məsələləri fikirləşir ki, oradan gəliri nə olacaq. Bu, onun əsas düşüncəsidir.

Türkiyə isə bölgə üçün sülh istəyir, regionda sakitliyin olmasını arzulayır. Bir yandan da Ukraynanın böyük ərazi itirməsi, bir mənada, Qara dənizə çıxışın bağlanması, Qara dənizin iki böyük dövlətin nəzarətinə keçməsi deməkdir. Bunlardan biri Rusiya, digəri isə Türkiyədir", - deyə o qeyd edib.

Politoloqun fikrincə, bunların hər biri Türkiyənin hesabladığı geostrateji vəziyyətin yekun nəticəsi kimi dəyərləndirilir.

"Ona görə də düşünürəm ki, bu dəqiqə Ərdoğan bunu həqiqətən istəyir. Amma bu istəyə tərəflərin münasibəti necədir? Bildiyimiz kimi, Ukrayna Rusiyanın aviobazasını vurdu və bu, böyük ziyanla nəticələndi. Bundan sonra Rusiyanın münasibəti necə olacaq? Daha aqressivmi olacaq, yoxsa bir az danışıqları düzəldib masaya oturacaqmı? Bunların hamısı vacib nüanslardır.

Amma mənim hesablamama görə, apardığım analitik təhlilin nəticəsində deyirəm ki, müharibənin tezliklə bitmə ehtimalı hələ ki, görsənmir. Bir müddət müharibənin davam edəcəyi gözləniləndir. Həm Rusiya, həm də Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır. Ukrayna artıq yeni müharibə strategiyası seçib, bu da dronlarla savaşın idarə edilməsidir. Məncə, bu da Rusiyanı narahat edən məsələlərdəndir",- deyə Samir Hümbətov vurğuladı

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri